/ / Cəlal Allahverdiyev: 146 illiyini qeyd edən Azərbaycan mətbuatı, bütün maneələrə baxmayaraq, şərəfli yol keçib
Cəlal Allahverdiyev: 146 illiyini qeyd edən Azərbaycan mətbuatı, bütün maneələrə baxmayaraq, şərəfli yol keçib
17.07.2021 [09:21]
“Azərbaycan tarixinin parlaq səhifələrindən olan milli mətbuatımızın yarandığı dövrə nəzər saldıqda xalqımızın maarifpərvər oğullarının hansı çətinliklərlə üzləşdiyini görmək olur. Dərin tədqiqə ehtiyacı olan mətbuat tariximizin öyrənilməmiş səhifələrinə diqqət yetirəndə, çar Rusiyasının Qafqazdakı yerli idarələrində kök salmış bədnam qonşularımızın təmsilçilərinin xalqımızın maariflənməsi qarşısında süni əngəllər törətdiyini aydın görmək olur”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.
Araşdırmaçı-alimin sözlərinə görə, 1850-ci ildə yaradılan Qafqaz senzura komitəsində çalışan ermənilər sonralar mətbuatımıza qarşı da qənim kəsiliblər: “Belə ki, həmin dövrlərdə Azərbaycan mətbuatının, o cümlədən anadilli çap məhsullarının senzurası erməni məmurlarının əlində olub. Məlum olduğu kimi, Azərbaycan mətbuatının ilk nümunəsi olan “Əkinçi” qəzetinin işıq üzü görməsi məhz həmin səbəbdən iki ildən artıq gec baş tutub. Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin milli iradə nümayiş etdirməsi sayəsində 1875-ci ildə “Əkinçi”nin nəşrinə icazə verilib. Amma senzura komitəsində çalışan məkrli erməni məmurları fürsət düşən kimi öz çirkin və hiyləgər rollarını oynayıblar. Belə ki, 1877-ci ildə Rusiya-Türkiyə müharibəsinin kəskin dövründə Bakı quberniya mətbəəsinin mürəttibi Minasazovun “donos”u nəticəsində “Əkinçi” qəzeti bağlanıb. Səbəb isə həmin dövrdə Minasazovun “Əkinçi”ni Rusiyaya etimadsızlıqda, türkpərəstlikdə təqsirləndirməsi olub”.
Azərbaycan mətbuatının yaranmasının ilk illərində onun fəaliyyətinə mane olanların kimliyinə nəzər yetirməyin vacibliyini vurğulayan C.Allahverdiyev deyib ki, araşdırmalar nəticəsində onların hamısının milliyyətcə erməni olduğu ortaya çıxır: “Belə ki, sonrakı illərdə Qafqaz senzura komitəsinin şərq dilləri senzoru S.Məlik-Mehrabovun 1891-ci il 4 oktyabr tarixli şikayəti əsasında “Kəşkül” də bağlanır. Bununla da milli mətbuatın yaranmasından sonrakı dövrdə - 1891-ci ildən 1903-cü ilə qədər, yəni “Şərqi-Rus” işıq üzü görənə qədər azərbaycanlılar düz 12 il anadilli mətbuat orqanından məhrum ediliblər. Həmin dövrdə S.Məlik-Mehrabov, onu əvəz edən senzor A.Kişmişov və senzor Q.Qaraxanov Azərbaycan mətbuatının inkişafının qarşısını alan əsas fiqurlar olub. Cəlil Məmmədquluzadə bu barədə yazırdı: “O vaxt Türk şöbəsində türklərdən bir kəs yox idi. Ancaq iki nəfər şəxs var idi: biri erməni Kişmişov, o biri də erməni Qaraxanov”.
C.Allahverdiyev deyib ki, istər çar Rusiyası, istərsə də sovet dönəmi olsun, bütün dövrlərdə Azərbaycan mətbuatına bu cür əsassız, məkrli hücumlar və maneələr olub: “Ancaq bu əngəllərə rəğmən, 1875-ci ildə əsası qoyulan milli mətbuatımız daim inkişaf edib. Bu gün 146 illiyini qeyd edən Azərbaycan mətbuatı, bütün maneələrə baxmayaraq, şərəfli yol keçib”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

