“Respublika” qəzeti 25 illik yubileyini qeyd edir
17.07.2021 [09:19]
Azərbaycanın aparıcı nəşrlərindən biri olan “Respublika” qəzeti 25 illik yubileyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Respublika” qəzetinə uzun illər rəhbərlik etmiş Teymur Əhmədovun və Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev çıxış edərək nəşrin 25 ildə keçdiyi çətin və şərəfli inkişaf yolundan danışıb, kollektivi zamanın tələbi ilə ayaqlaşmaq, yeni çağırışlara cavab vermək istiqamətində səfərbər olmağa çağırıb. Bir çox sahələrdə öncül olan qəzetin bundan sonra da liderliyini qoruyub saxlayacağına əminliyini bildirib. Qeyd edib ki, bu gün milli mətbuatımızda aparılan islahatlar fonunda ənənəvi çap mediası da inkişaf etməli və dövrün çağırışlarına cavab verməlidir. Media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi yaradılan MEDİA Agentliyinin məqsədi də bu sahədə innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun olaraq ölkədə media islahatları prosesinə təkan verməkdir.
Milli mətbuatımızın inkişaf mərhələlərindən danışan baş redaktor bildirib ki, Azərbaycan mətbuatı Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dövrlərində hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Media işçilərinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların əməyinin stimullaşdırılması istiqamətində davamlı işlər görülür.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf tarixinə qısa nəzər salaraq, bu sahədə xidmətləri olan insanları xatırlayıb, mətbuatımızın himayədarı, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, “Respublika” qəzeti əhalinin müxtəlif təbəqələri arasında geniş yayılmaqla, rəsmi qəzetlər arasında daim seçilib.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev jurnalistikamızın mütərəqqi ənənələrinə xidməti özünün əsas qayəsi hesab edən “Respublika” qəzetinin müasir və müstəqil Azərbaycanın şanlı tarixinin yeni salnaməsini yaratdığını, onun səhifələrində hüquqi, demokratik Azərbaycan dövlətinin quruculuğu naminə görülən işlərdən bəhs edən yazılara üstünlük verildiyini deyib. Vurğulayıb ki, qəzetin rəhbərliyi ilə Mətbuat Şurası faydalı əməkdaşlıq edir və bu əlaqələrin gələcəkdə də davam etdirilməsi vacibdir.
Milli mətbuatımızın 146-cı ildönümü və “Respublika” qəzetinin 25 illiyi münasibətilə keçirilən tədbirdə dövlət siyasətinin əsasını təşkil edən mütərəqqi mətbuat ənənələrinin inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi sahələrində səmərəli istifadə edilməsi və digər məsələlərdən danışılıb.
Tədbirin sonunda uzun illər səmərəli fəaliyyətinə, işə peşəkar və məsuliyyətli yanaşdığına görə qəzetin bir qrup əməkdaşı Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif olunub.
Qeyd edək ki, “Respublika” qəzetinin ilk nömrəsi 1996-cı il martın 20-də işıq üzü görüb. Həftədə bir dəfə çıxan qəzet qısa müddətdən sonra gündəlik çap olunmağa başlayıb. İlk nömrələrindən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edən qəzet oxucuya obyektiv və qərəzsiz informasiya çatdırmaq, respublikamızda və dünyada baş verən hadisələri doğru-dürüst işıqlandırmaq, hadisə və faktlara daha dərindən nüfuz etməklə geniş oxucu auditoriyası qazanıb.
AZƏRTAC “Respublika”nın 25 illik yubileyi münasibətilə qəzetin kollektivini təbrik edir, həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

