/ / Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim - mənim hüquqlarım” mövzusunda tədbir keçirilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim - mənim hüquqlarım” mövzusunda tədbir keçirilib
02.06.2021 [09:22]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və “Regional inkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim - mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Uşaq Səfirlər Məclisin üzvləri iştirak ediblər. Şəhid övladları, respublikanın rayonlarından olan və il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar dəyirmi masaya onlayn qoşulublar.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkili ölkədə uşaq hüquqlarının müdafiəsinin təbliği, uşaqların ictimai fəallığının artırılması istiqamətində bu ilin noyabrında keçirilməsi planlaşdırılan Uşaqların V Ümumrespublika Forumunun işinə hazırlıq məqsədi daşıyır.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaqlarla bağlı məsələlərə hər zaman xüsusi diqqət göstərirlər. Son illər uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası formalaşıb, davamlı olaraq bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Uşaqların sağlamlığının qorunması, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün geniş imkanlar yaradılıb.
Bahar Muradova deyib: “Qarşıya qoyulan hədəf bu günün uğurları ilə gələcəyə doğru addımlamaqdır. Uşaqların ictimai həyatda fəallığının artırılması, onların dövlət siyasətinin həyata keçirilməsinə cəlb edilməsi ümdə vəzifələrdəndir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə uşaqların hüquq və azadlıqlarını, uşaqlar barədə dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyənləşdirir.
Bildirilib ki, uşaqların sağlam böyüməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, zorakılıqlardan qorunması, xüsusilə də həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
İşğal altındakı torpaqlarımızın azad edilməsindən danışan komitə sədri deyib: “Azərbaycan xalqı və dövləti çox xoşbəxtdir ki, doğma Qarabağımız öz azadlığına qovuşub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edib.
Biz Vətən müharibəsində canından keçən şəhidlərimizə borcluyuq. Şəhidlərimizin yarım qalan arzularını uşaqlar və gənclər həyata keçirəcəklər”.
Komitə sədri qeyd edib ki, bu gün ölkəmizdə hər bir uşaq üçün bərabər imkanlar yaradılıb.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, koronavirus pandemiyası bütün insanlara təsir göstərdiyi kimi, uşaqların da təhsilinə, yaşayışına, bir-biri ilə ünsiyyət qurmasına mənfi təsirini göstərib. Lakin buna baxmayaraq, uşaqlar öz həyatlarına davam etməli oldular. Uşaqlar özləri də bilmədən üzərilərinə böyük yük götürmüş oldular. Biz bunu yüksək qiymətləndiririk.
Pandemiya ilə əlaqədar dünyamızın çox dəyişdiyini, yeni reallıqlar və yeni tələblərin, vəzifələrin meydana çıxdığını qeyd edən Edvard Karvardin deyib: “Azərbaycanda yeni icmaların qurulmasını çox istəyirik. Biz gələcəyə baxmalıyıq, gələcəyə fəal və sağlam uşaqlarla birgə addımlamaq məqsədimizdir. Qarşıdan Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu gəlir. Həyata keçirdiyimiz layihələr uşaqların sağlam böyüməsini, xoşbəxt yaşamalarını, hüquqlarının müdafiəsini özündə əks etdirməlidir. Biz buna çalışırıq”.
“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva diqqətə çatdırıb ki, uşaqların hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, Birliyin məqsədi uşaqların erkən yaşdan inkişafına dəstək vermək, onların təhsilə və digər xidmətlərə çıxışın artırılmasıdır.
Dövlətin uşaq strategiyasından danışan Leyla Tağıyeva qeyd edib ki, bu istiqamətdə qoyulan bütün məqsədlərə nail olunması istiqamətində səylə çalışırlar. Bildirilib ki, ölkəmizin gələcəyi uşaqların sağlam inkişafından və rifahından asılıdır.
Dəyirmi masada iştirak edən Uşaq Səfirlər Məclisinin üzvləri “Uşaq hüquqları: inkişaf üçün birləşək”, “Uşaqların internet təhlükəsizliyi”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, ona layiq olaq” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə Forumun mərhələlərini özündə əks etdirən mövzu ilə əlaqədar Uşaq Səfirlər Məclisinin üzvlərinin iştirakı ilə videoçarx nümayiş olunub və Məclisin saytının təqdimatı keçirilib.
Daha sonra tədbirdə uşaqların hüquqları ilə bağlı onları maraqlandıran məsələlər ətrafında müzakirələr keçirilib, müvafiq tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17

