Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Netanyahu: ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır

Netanyahu: ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır

27.07.2026 [10:22]

İsrailin Baş naziri Benyamin Netanyahu hökumət üzvlərinə ABŞ-nin İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağı, Suriya və Livandan çıxarılmasında israrlı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Channel 13” telekanalı məlumatlı mənbəyə istinadla bildirib.

Məlumata görə, Vaşinqton İsrail ordusunun hər üç istiqamətdə müəyyən geriçəkilmələr həyata keçirməsini istəyir. Lakin bunun tam və ya qismən qoşun çıxarılmasını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

Bildirilir ki, Netanyahu ABŞ-nin bu mövqeyi ilə razılaşmadığını ifadə edərək, buna qarşı çıxacağını Nazirlər Kabinetinin diqqətinə çatdırıb.

“Mən onlara yox deyəcəyəm”, – deyə İsrailin Baş naziri bildirib.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31