Azercell yerli kommunikasiya sektorunda Big Data texnologiyalarını tətbiq edən ilk şirkətdir
25.05.2021 [08:52]
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə Big Data texnologiyasını tətbiq edən Azercell Telekom bu sahədə ciddi irəliləyiş əldə edib. Sözügedən texnologiyanın qabaqcıl həllərindən istifadə mobil operatorun rəqəmsal transformasiyasını mümkün edib. Hazırda Azercell-in hədəfi abunəçilərin tələbatlarını real vaxt rejimində təyin edərək müvafiq təklifi onlara dərhal göndərən modelləri ərsəyə gətirmək, bununla da müştərilərinin həyatını asanlaşdırmaqdır. Məhz buna görə də bu gün Azercell-in istənilən məhsulunun təməlində Big Data analitikası dayanır.
Mobil operatorlar üçün sərhədsiz imkanlar yaradan bu texnologiya mövcud məlumat platforması, məlumatların saxlanması və işlənməsi ilə bağlı çətinlikləri aradan qaldırıb. Big Data texnologiyası böyük həcmdə məlumatlara sahib olan Azercell şirkətinə onların real vaxt rejimində dərin analizini aparmağa imkan verir. Bu, həm də dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır. Qeyd olunmuş imkanlardan yararlanmaq üçün Azercell Big Data texnologiyasına əsaslanan layihəni icra edir. Bu proses özündə texnoloji, analitik və data aktivlərinin idarə olunması üzrə transformasiyanı nəzərdə tutur.
Texnoloji transformasiya - yerli kommunikasiya sektorunda ilk dəfə olaraq Big Data texnologiyasının tətbiqini; Analitik transformasiya-maşın öyrənməsi, vizuallaşdırma, real vaxt hesabatları və proqnozlaşdırıcı analiz vasitəsilə təhlil proseslərinin effektivliyinin artırılmasını; Data aktivlərinin idarəedilməsi - korporativ səviyyədə məlumatların idarə olunmasını ehtiva edir.
Azercell şirkəti artan məlumat həcmi və analitik ehtiyacları təmin etmək üçün Apache Hadoop, Spark və Kafka kimi “opensource” (açıq mənbə) texnologiyalarına əsaslanan Big Data ekosistemini tətbiq edib. Apache Nifi məlumat toplama platformasının tətbiqi ilə məlumatların işlənməsi imkanlarını artırıb. Eyni zamanda, Big Data platforması korporativ səviyyədə olan verilənlər anbarı platformasına inteqrasiya olunaraq şirkət səviyyəsində birləşdirilib.
Azercell SAS və Tableau şirkətlərinin maşın öyrənmə və vizual təhlil platformalarını tətbiq etməklə təhlil imkanlarını daha da təkmilləşdirib. Bu platformaların tətbiqi maşın öyrənməsini, proqnozlaşdırıcı təhlillərin və statistik məlumat modellərinin daha dəqiq və sürətli hazırlanmasını təmin edib. Nəticədə, yeni abunə axını (churn) modeli, ikili sim abunə modeli, seqmentasiya modeli və satışın optimallaşdırılması modelləri hazırlanıb. Bu da öz növbəsində müştərilərin dəqiq seqmentlərə bölünməsinə, müştəri axınının qarşısının alınmasına, bazar reallıqlarına daha da uyğun olan məhsul və xidmətlərin hazırlanmasına imkan verib.
Hazırlanmış vahid korporativ idarəetmə panelləri real vaxt rejimində bütün şöbələrin maliyyə və biznes göstəricilərini izləməyə imkan verir. Beləliklə, artıq şirkətin fəaliyyətinin monitorinqi xüsusi panellər vasitəsilə onlayn rejimdə həyata keçirilir, real zaman kəsiyində trafik, servislər və digər detallar haqqında məlumatlar əsasında müvafiq qərarlar qəbul olunur. Bunlar dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.
İstifadə edilən hazır proqram təminatları ilə yanaşı, Azercell həm də “opensource” proqram təminatları və maşın öyrənmə kitabxanaları ilə, R və Python proqramlaşdırma dillərindən istifadə etməklə yeni modellər hazırlayır. Bu strategiya isə məlumatların əlavə təhlil imkanlarını zənginləşdirir.
Azercell məlumat idarə olunması layihəsi çərçivəsində bu sahədə “Informatica” kimi aparıcı şirkətin proqram təminatından istifadə edir. Bu layihənin icrası məlumatların idarə edilməsinə, əldə olunmasına, təsnifatlaşdırılmasına imkan verəcək.
Big Data texnologiyaları həm şirkətlərə, həm də müştərilərə yararlıdır, belə ki, şirkət öz hədəf auditoriyasını nə qədər yaxşı tanıyırsa, onlar üçün bir o qədər sərfəli təklif hazırlaya və ya daha çox fərdiləşdirilmiş məhsullar təqdim edə bilər. Digər tərəfdən, Big Data texnologiyası daxili qərar qəbuletmə prosesini optimallaşdırmağa və məlumatların işlənmə xərclərini ümumilikdə azaltmağa kömək edir. Bu isə son nəticədə məhsul qiymətlərinin effektivliyi ilə nəticələnir. Big Data daha öncə əlçatan olmayan imkanlardan və daha dəqiq proqnozlaşdırmadan istifadə edərək rəqabət qabiliyyətini artırmağa şərait yaradır. Həmçinin, cəmiyyətin rifahının daha da artırılmasına xidmət edəcək həlləri yaratmaq imkanı verir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

