Şuşa şəhəri dünyanın ən gözəl məkanlarından birinə çevriləcək
08.05.2021 [08:46]
Məlum olduğu kimi, 1992-ci ildən sonra hər il 8 may tarixi xalqımız tərəfindən Şuşa şəhərinin işğalı günü kimi qeyd edilirdi. Tam 28 il Şuşa erməni işğalı altında yaşadı. Amma ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad olundu. Artıq 8 may tarixi xalqımız üçün başqa məna kəsb edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası başlayarkən respublikamızda vəziyyət ürəkaçan deyildi: “O dövrdə respublikamızda qeyri-sabitliyin, anarxiyanın, hakimiyyət uğrunda mübarizənin hökm sürməsi Şuşa şəhərini də işğalolunma təhlükəsi ilə üz-üzə qoyurdu. Şuşanı qəhrəman oğullarımız könüllü olaraq qoruyurdular. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi. Erməni vəhşiləri işğal vaxtı yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıtdı, məbədgah və məscidləri təhqirlərə məruz qoydu, çox sayda nadir əlyazma nümunəsini məhv etdi, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər”.
Millət vəkilinin sözlərinə görə, 28 il sonra Azərbaycan Şuşanı erməni işğalından azad etdi: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bununla da tarix yazdı. 2020-ci ilin noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Bu xoş xəbəri Azərbaycan xalqı coşqu ilə qarşıladı, insanlar küçələrə axışaraq Şuşanın azad olunmasını böyük sevinclə qeyd etdilər.
Onu da vurğulayaq ki, ötən il noyabrın 8-də Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi”.
Millət vəkili Kamilə Əliyeva isə bildirib ki, Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir: “Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Ötən il noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə bəyan etdi. Beləliklə də, 1992-ci ildən ötən dövr ərzində ilk dəfədir ki, 8 may tarixi başqa məna kəsb edir. Hazırda dövlətimiz tərəfindən Şuşa şəhərinin bərpası işləri sürətlə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin yanvar və mart aylarında Şuşaya səfər ediblər. Dövlətimizin başçısı 28 ildən sonra bu ilin mart ayında Şuşada, Cıdır düzündə Novruz tonqalı alovlandırdı. Dövlətimizin başçısı Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Eləcə də bu il Şuşada “Xarı bülbül” muğam festivalının və “Vaqif” poeziya günlərinin keçirilməsi nəzərdə tutulur. Bir sözlə, inanırıq ki, Şuşa şəhəri tezliklə bərpa olunacaq, yenidən cənnətməkana çevriləcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

