Narkotik asılılığı problemi: nəyi bilməli, necə davranmalı?
22.04.2021 [08:23]
Psixoloq Zərinə Əliyeva: Unutmamalıyıq ki, güclü iradəyə malik olan və yetərli dəstək alan insanlar bu bəlanın pəncəsindən gec də olsa, yaxa qurtara bilirlər
Narkomaniya “cəmiyyətin bəlası” adlandırılan ciddi sosial problemdir. Təəssüf ki, bu bəlanın qurbanları bütün dünyada hər keçən gün artır. Mütəxəssislərin vurğuladıqları kimi, narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyi, ölümə sürüklədiyi danılmazdır.
Psixoloq Zərinə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, ümumiyyətlə, gənclər və uşaqlar arasında asılılıqlara meyillilik çoxdur: “Asılılıq deyəndə internet, narkotik, yaxud alkoqol içki asılılıqlarını və digərlərini nəzərdə tuturam. Ümumiyyətlə, deyə bilərəm ki, ailədaxili sevgi, valideyn-övlad münasibətləri güclü olan ailələrdə böyüyən uşaqlar adətən belə asılılıqlara meyil etmirlər. Asılılıqların yaranması bir çox hallarda ailədaxili bağlarda olan boşluqlardan irəli gəlir”.
Zərinə Əliyeva onu da bildirib ki, narkotikin aludəçisi olanlarla aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib.
“Son dövrlər narkomaniyadan istifadənin yaş həddi olduqca aşağı düşüb. Buna görə də məktəblərdə psixoloqlar, eyni zamanda, sosioloqlar bu barədə daim maarifləndirmə işləri aparmalıdırlar. Narkotik maddələrin insanların sağlamlığına uzun və qısa müddətdə gətirəcəyi fəsadlar mütləq maarifləndirmə yolu ilə şagirdlərə çatdırılmalıdır. Bu işdə valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Dediyim kimi, övladlarımızın zərərli vərdişlərdən uzaq olmasını istəyiriksə, ilk öncə onlarda möhkəm, sağlam, güvənli sevgi dolu bağlar yaratmalıyıq və onlarla bacardığımız qədər maraqlanmalı, eyni zamanda, müəyyən azadlıq verməliyik ki, şəxsiyyət kimi formalaşsınlar. Şəxsiyyət kimi formalaşmayan bir gənc müəyyən yaşdan sonra çox asanlıqla təsir altına düşüb yanlış formalaşa bilər”, - deyə Z.Əliyeva əlavə edib.
Mütəxəssis deyir ki, bu bəladan əziyyət çəkənləri yenidən cəmiyyətə qazandırmaq üçün onların reabilitasiyasına çalışmaq və narkotik asılılığını bir xəstəlik kimi qəbul etmək lazımdır: “Unutmamalıyıq ki, güclü iradəyə malik olan və yetərli dəstək alan insanlar bu bəlanın pəncəsindən gec də olsa, yaxa qurtara bilirlər”.
Aynur PƏNAHQIZI
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

