DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portalında nəşr olunub
21.04.2021 [09:05]
Azərbaycanın dini azlıqların hüquqlarına və müxtəlif dini abidələrə bərabər şəkildə yanaşması, ümumiyyətlə, beynəlxalq hüquqa uyğun olaraq öhdəliklərə əməl etməsinə baxmayaraq, Ermənistan tərəfi və havadarları saxta məlumatlar tirajlamaqla ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməkdədir.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Türkiyənin TRT Media qurumunun Almaniyada fəaliyyət göstərən rəqəmsal platforması olan https://nex24.news xəbər portalında nəşr olunan məqaləsində yer alıb.
Məqalədə qeyd olunub ki, “BBC News” 2021-ci il martın 25-də Azərbaycanın Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” mövzusunda xəbər yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də UNESCO üzrə Ermənistan milli komissiyasının Azərbaycan tərəfindən hər hansı “mədəniyyət cinayətinin” törədilməsi barədə iddiaları qəbuledilməzdir. Cəbrayıl rayonunda kilsənin “yoxa çıxması” ilə bağlı iddiaya münaqişə kontekstində yanaşılaraq nəticə çıxarılmalıdır.
İddianın saxta olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə çatdırıb ki, sözügedən “ibadətgah” Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın suveren ərazisini işğal altında saxladığı dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus abidələrin dağıntıları üzərində qeyri-qanuni tikilib. Hətta o vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri də Cəbrayıldakı “ibadətgah”ın hərbi birləşmənin bir hissəsi kimi erməni əsgərləri üçün inşa edildiyini bildirib və Azərbaycan buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan 5 il əvvəl işğalçı separatçılar tərəfindən şəxsi məqsədlər üçün qanunsuz inşa edilmiş tikili heç bir vəchlə tarixi-mədəni abidə hesab oluna bilməz.
Həmçinin məqalədə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə bitən Vətən müharibəsinin Ermənistanın həyata keçirdiyi vandalizmin, tarixi-dini abidələrə qarşı terrorun tam şəkildə üzə çıxmasına imkan yaratdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan tərəfindən müxtəlif ölkə və qurumların təmsilçilərinin həmin zonalara səfərlərinin təşkilinə, erməni faşizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda aparılan işlərə əngəl olmaq məqsədilə erməni tərəfi “Mifik hidro” kimi tükənməyən dezinformasiyaları yaymaqla dünya ictimaiyyətinin diqqətini əsas məsələdən - işğal dövründə törətdiyi cinayət əməllərindən yayındırmağa çalışır. Bu baxımdan qarşı tərəfin “məbəd” ətrafındakı hay-küyü təsadüfi hesab edilə bilməz.
Məqalədə düşmənimizin Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi, özgəninkiləşdirilməsi siyasətinə də toxunan DQİDK sədri diqqətə çatdırıb ki, Cəbrayıl rayonunda olan 5 tarixi məscid, 50-yə yaxın ziyarətgah və onlarla tarixi memarlıq abidəsi də ermənilər tərəfindən tamamilə məhv edilib və rayon ərazisində ümumiyyətlə, kilsə olmayıb.
Ölkəmizdə dini-mənəvi mühitə qayğı barədə geniş məlumatın əks olunduğu məqalənin sonunda Azərbaycanın mədəni irsini qəsdən hədəfə alan, onu özününküləşdirən, vaxtilə işğalda olmuş bölgələrdə təkcə İslam deyil, həm də xristian abidələrinə qarşı vandallıq etmiş, çoxsaylı hərbi cinayətlər törətmiş ölkənin, eləcə də bu cinayət əməllərinə göz yuman havadarlarının Azərbaycanı ittiham etmək üçün hər hansı hüquqi, yaxud mənəvi haqqının olmadığı vurğulanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38

