“Psixoloji problemi olan insanlar daha çox intihar edirlər”
13.04.2021 [08:58]
Bütün dünyada olduğu kimi, Azərbaycanda da intihar və ya intihara cəhd halları qeydə alınır. Mütəxəssislərin fikrincə, bunun qarşısını almaq üçün risk qrupları və intiharın səbəbləri ilə bağlı araşdırmalara ehtiyac var.
Öz növbəsində intiharların səbəbləri barədə qəzetimizə danışan psixiatr Osman Qasımov burada fizioloji, psixoloji, sosial və genetik faktorların böyük rol oynadığını deyib: “Bu, fərdin özünü cəmiyyətdən təcrid etməsi ilə bağlıdır. Psixoloji problemi olan insanlar daha çox intihar edirlər. Onların düşüncəsinə görə, cəmiyyətdə heç kəs tərəfindən istənilmirlər. Bu səbəbdən onlar problemdən çıxış yolu kimi intiharı görürlər. Bourdin və Esquirol kimi fransız psixiatrlar intiharı patoloji hadisə sayırlar. Esquirola görə, intihar edən insan bu hərəkəti həddindən artıq bir sayıqlama halında edir. Bir təhlükə qarşısında bütün canlılar kimi insanın da atacağı addım özünü qorumaq, təhlükədən qaçmaqdır. Bu qaçma iki şəkildə olur: biri təhlükədən uzaqlaşaraq qaçmaq, digəri isə özünü təhlükənin içinə ataraq qaçmaq. Nevrozlu bir adam təhlükəni açıq şəkildə görə və şərh edə bilmir. O, iki zidd qütb arasında tərəddüd edir və istəmədiyinə doğru yönəlir. Beləliklə, ölüm, yəni intihar meydana gəlir”.
Psixiatr deyib ki, intihar haqqında düşünən insanın üzərində 6 aydan 1 ilə qədər psixoloji bərpa işi aparılmalıdır: “İntihar edəcək insan bəzən bunu gizlədə bilir, bəzən də ailəsinə bunu edəcəyi ilə bağlı müəyyən sözlər deyir. Amma ailə bunu ciddiyə almır. İntihar barədə düşünən insanın normal düşüncəyə qayıtması üçün 6 aydan 1 ilə qədər vaxt lazımdır. Həmin adam cəmiyyətə tədricən inteqrasiya olur. O dəstək alınmadıqda ciddi problemlər yarana bilər. Daha sonra psixoloji narahatlıq müdaxilə olmadıqda psixiatrik problemə gətirib çıxara bilər”.
Gənclər arasında da intihar hallarının az olmadığını deyən mütəxəssis hesab edir ki, əsas problemlər valideyn-övlad münasibətlərindəki boşluqlardan qaynaqlanır: “Bütün hallarda, hesab edirəm ki, ailələr imkan verməlidir ki, övlad müstəqil hərəkət etsin, müstəqil qərarvermə qabiliyyətində olsun. Ailədaxili münasibətlər doğru qurularsa, bu cür hallar az baş verəcək”.
Psixiatrın sözlərinə görə, depressiyada olan, özünə qapanan insan son məqamda intiharı seçə bilər: “Buna görə də biz öz yaxınlarımıza qarşı diqqətli olmalı, depressiya əlamətləri gördükdə həyəcan təbili çalmalıyıq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01

