Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi uğurla davam edir
08.04.2021 [08:40]
Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi dərslər mövcud pandemiya şərtlərinə uyğun olaraq uğurla davam etdirilir.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın multikulturalizm ənənələri, bütövlükdə Azərbaycan mədəniyyəti və tarixinin təbliği layihəsi kimi həyata keçirilən tədris prosesində artıq 22 xarici ölkənin universitetləri iştirak edir. Cari ilin yaz semestrində Polşa, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya və Cənubi Koreyanın 6 nüfuzlu ali məktəbində təşkili nəzərdə tutulan Azərbaycan multikulturalizminin tədrisi onlayn dərslər şəklində gerçəkləşdirilir.
Qeyd edək ki, Cənubi Koreyada Azərbaycan multikulturalizminin tədrisi bu il ilk dəfə olaraq həyata keçirilir. Aprelin 1-dən iyunun 25-dək davam edəcək mühazirələrdə Hankuk Universitetinin Azərbaycan və türk dilləri ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər. Həm bakalavr, həm də magistr pillələri üzrə təhsil alan tələbələrin iştirak etdiyi dərslər Seul İcra Hakimiyyətinin İnsan Hüquqları və Mədəni Müxtəliflik Departamentinin direktoru Nihat Xəlilzadə tərəfindən həftədə iki dəfə tədris olunur.
Cənubi Koreya ilə yanaşı, Rusiya və Gürcüstan universitetlərində də Azərbaycan multikulturalizmi kursunun yaz semestri üçün tədrisi davam edir. İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində mühazirələr David Gotseridze tərəfindən təqdim olunur. Rusiyanın Ural Federal Universiteti və Ural Humanitar İnstitutunda isə Şanxay Əməkdaşlıq Təşkilatı Şəbəkə Universitetinə daxil olan çinli və tacikistanlı tələbələrə professor Aleksandr Nesterov mühazirələr oxuyur. Üç ay ərzində davam edəcək dərslərdə Azərbaycan multikulturalizmi modelinin özəllikləri, ölkədəki etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda geniş məlumat veriləcək, müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

