Yoluxucu xəstəliklərlə mübarizənin ən təsirli yolu peyvəndlərin tətbiq olunmasıdır
06.04.2021 [08:44]
Məlum olduğu kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini uğurla təşkil edən ölkələr sırasındadır. Əhalinin peyvənd olunması prosesi də kifayət qədər effektiv təşkil olunub. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib ki, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən əhalinin sağlamlığını maksimum dərəcədə qorumaq üçün bütün imkanlarını səfərbər edib. O, deyib ki, bu ay ərzində ölkəmizə bir milyon iki yüz mindən çox peyvənd gətirilməsi gözlənilir. Avqust ayına qədər Azərbaycan 16 milyon peyvənd əldə edəcək. Bu əhalinin əksər hissəsini peyvənd etməyə imkan verəcək. Kollektiv immunitetin yaranması üçün ölkə əhalisinin 60-70 faizi peyvənd olunmalıdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın peyvənd strategiyası hazırlanarkən bir çox məqamlar, o cümlədən peyvəndlərin əldə olunması ilə bağlı mümkün çətinliklər də nəzərə alınıb. Alternativ variantlar nəzərdən keçirilib. Azərbaycan həm COVAX platforması çərçivəsində, həm də ayrı-ayrı ölkələr və peyvənd istehsalçısı olan şirkətlərlə danışıqlar aparıb. Bu gün də proses dayanmayıb. Bütün mümkün variantlar diqqətlə öyrənilib və müvafiq dövlət qurumları, hökumət tərəfindən zəruri addımlar atılır. Bu baxımdan hesab edirəm ki, bizim ölkəmizdə əhalinin peyvənd olunması ilə bağlı ciddi problem gözlənilmir.
Soltan Məmmədov vətəndaşların peyvəndin zəruriliyini düzgün qiymətləndirməsinin də vacib olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizənin ən təsirli yolu məhz peyvəndlərin tətbiq olunmasıdır. Buna görə də hər kəs bu prosesə məsuliyyətlə yanaşmalı, peyvənd olunmaqdan çəkinməməlidir. Deputat bildirib ki, kollektiv immunitetin yaranması, məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmaması üçün əhalinin peyvənd olunması olduqca vacibdir.
Milli Məclisin deputatı Şahin İsmayılov isə deyib ki, vaksin olunanların sayına görə ölkəmiz regionda lider, dünyada isə bir çox ölkələrdən öndədir. Əgər biz dünya üzrə vaksin əldə etmiş ölkələrin və peyvənd vurulmuş insanların statistikasına baxsaq, bunun əyani şəkildə görərik. Ölkəmiz həm də vaksini ilk əldə edən ölkələr sırasındadır.
Deputat qeyd edib ki, COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib. Bu da pandemiyaya qarşı mübarizədə bizim ümumi işimizin xeyrinədir. O, bildirib ki, vaksin cəmiyyətdə virusa qarşı ümumi immunitetin yaranmasının da yeganə yoludur: “Pandemiya yeni başlayan zaman Azərbaycan Prezidenti İlham Əliyev dövlətimiz üçün ən vacib məsələnin onun vətəndaşlarının sağlamlığının qorunması olduğunu söylədi. Azərbaycan dövləti öz daxili imkanları hesabına pandemiyanın zərərlərini minimuma endirə bildi”.
Millət vəkili vətəndaşlara çağırış edərək hər kəsi peyvənd olunmağa dəvət edib: “Hazırkı dövrdə bizim üzərimizə düşən iş vaksinasiya prosesinə fəal şəkildə qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil. Məhz bu səbəbdən də TƏBİB əsas hədəfin əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

