“Əhali peyvəndləmə prosesində daha aktiv olmalıdır”
19.02.2021 [09:13]
Hər gün ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya edilənlərin sayı artır. Qeyd edək ki, vaksinasiya COVİD-19-a yoluxmaq ehtimalını azaldır. Mütəxəssislər bildirirlər ki, vaksinasiya nə qədər sürətlə aparılsa, peyvənd edilənlərin sayı nə qədər çox olsa, “gözəgörünməz düşmən”dən xilas olmaq, normal həyata dönüş imkanı da o qədər cox artar.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Mahir Rəhimov da əhalini peyvəndləmə prosesində daha aktiv olmağa səsləyib: “Bu virus elə dəhşətli bəladır ki, onun üçün ögey-doğma, yaxın-uzaq yoxdur. Biz həkimlər epidemiyanın yayıldığı bu bir ildə nə qədər yaxın adamlarımızı, həkim dostlarımızı, həmkarlarımızı itirmişik. Heç kəs bu xəstəliyə yoluxmadan sığortalanmayıb. Sığortalanmaq isə yalnız bir yolla - peyvənd edilməklə mümkündür. Hər kəs bilməlidir ki, nə qədər çox insan peyvənd olunsa, koronavirus pandemiyası ilə mübarizədən bir o qədər tez qalib ayrılacaq, normal həyatımıza qayıdacağıq”.
Həkim-infeksionistin sözlərinə görə, ölkəmizdə tətbiq olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndinin effektivliyi və ən əsası, zərərinin olmadığı aparılan tədqiqatlar nəticəsində sübut olunub və tibb aləmində məşhur “Lanset” jurnalının səhifələrində də təsdiq edilib: “Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini 0,5 milliqram inyeksiya etməklə COVID-19 təhlükəsindən qoruna bilərik. Son bir ilin təcrübəsi göstərdi ki, həyatımızı öz məcrasına qaytarmaq üçün bundan kəsə, sadə və asan yol yoxdur. İndi neçə vaxtdan bəri arzu edilən və yolunu gözlədiyimiz peyvəndlər alınıb ölkəmizə gətirilib. Artıq bir aydır ki, onun tətbiqinə, bu həftə isə mühüm və həyat əhəmiyyətli kampaniyanın ikinci mərhələsinə başlanılıb. Bir ildir bəşəriyyətin başı üzərində qorxulu kabus kimi dolaşan, həyat üçün böyük təhlükə yaradan infeksiyadan belə bir sadə üsulla can qurtarmaq mümkündürsə, bunu niyə etməyəsən? Gec-tez, əvvəl-axır hər kəs bu peyvəndi vurdurmalıdır. Yarım saat, uzağı 1 saat ərzində bir ampula peyvənd vurdurmaqla həyat üçün təhlükə yaradan bəladan xilas olmaq imkanı var. Həm də bunu kütləvi şəkildə və sürətlə etmək lazımdır ki, mümkün qədər tez rahat nəfəs almaq, mümkün qədər tez normal həyata qayıtmaq olsun. Hər kəs bu sadə və sadə olduğu qədər də həyati əhəmiyyət kəsb edən prosesin vacibliyini dərk etməlidir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59

