/ / Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək
26.01.2021 [09:11]
Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşa şəhərinə səfər zamanı dövlətimizin başçısı azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük qayıdışın təmin olunması ilə bağlı mühüm fikirlər səsləndirib. Dövlət başçısı, eyni zamanda, yaxın vaxtlarda planlı şəkildə Şuşanın bərpasına başlanılacağını da qeyd edib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, Prezident İlham Əliyevin Şuşaya səfəri bütün dünyaya, o cümlədən torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan ermənilərə mühüm mesajdır. “Vaxtilə Ümummilli Lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyirdi. Bu gün dövlətimizin başçısı bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad etdi. Dövlət başçısı müharibə zamanı çıxışlarında bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, çox önəmli bir mesaj idi və biz artıq hər birimiz üçün son dərəcə əziz olan şəhərin işğaldan təmizlənməsinə nail olmuşuq. Bu gün biz, Şuşanın yenidən təkcə Azərbaycanın yox, bütün Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya çatdırırıq”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
F.Yıldırım bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlqoyma mərasimlərində iştirakları Böyük qayıdışın uğurlu başlanğıcından xəbər verir.
Milli Məclisin deputatı fikirlərinə davam edərək deyib: “Artıq Şuşanın bərpası prosesinə də başlanılıb. Bir şuşalı kimi inanıram ki, Prezidentin və Birinci vitse-prezidentin rəhbərliyi ilə doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətini geri qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Prezidentin də vurğuladığı kimi, əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri artıq ənənə halını alıb. “Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri isə hər kəsdə qürur və fəxarət hissi doğurub. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, erməni təcavüzkarları tərəfindən xarabalıqlara çevrilən şəhər, qəsəbə və kəndlərimiz tarixi qələbədən sonra qısa zaman ərzində sürətlə inkişaf edəcək”, - deyə Naqif Həmzəyev bildirib.
Milli Məclisin deputatının sözlərinə görə, 2020-ci ili tarixi Zəfərlə başa vuran Azərbaycan 2021-ci ilə “Böyük qayıdış” planının reallaşdırılması ilə başlayıb. Bu xüsusda fikirlərini diqqətə çatdıran Naqif Həmzəyev vurğulayıb: “Ölkə Prezidenti Şuşa səfəri zamanı mətbuata müsahibəsində qeyd edib: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Deyə bilərik ki, dövlət başçısının işğaldan azad edilmiş torpaqlara səfərləri erməni vandalizmi nəticəsində yerlə-yeksan edilmiş şəhər və kəndlərin bərpası, yenidən qurulması layihələri ilə bağlı yerində qərar qəbul etmək məqsədi daşıyır. Eyni zamanda, Prezident İlham Əliyevin Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

