COVID-19-a təkrar yoluxma riski var...
15.01.2021 [08:49]
Koronavirusa yoluxub sağalan insanların qanında anticisimlər yaranır. Həmin anticisimlər həm insanın xəstəliyi keçirib-keçirməməsini dəqiq göstərir, həm də bu xəstəliyə qarşı qoruyuculuqda əhəmiyyət kəsb edir. Zamanla anticisimlərin miqdarı azalır və nəticədə virusa yoluxanlarla təmas yenidən yoluxmaya səbəb olur. Bu baxımdan, qandakı anticisimlərin miqdarı çox önəmlidir. Belə ki, bu, insanın immun sistemi ilə əlaqədar olan bir məsələdir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Sevil Əhmədova bütün dünyada təkrar yoluxma hallarının olduğunu bildirib: “Yoluxmuş şəxs arxayınlaşmamalıdır ki, bu xəstəliyi keçirmişəm və qorunma tədbirlərinə ehtiyac yoxdur. Qripi təkrar olaraq keçirə biliriksə, koronavirusa da qoruyuculuq yaranmadığına görə təkrar yoluxma mümkündür. Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Bu da yoluxma saylarının artımına səbəb ola bilər. Çünki həmin şəxslər infeksiya mənbəyinə çevrilə bilərlər. Bəzi vətəndaşlar indiyədək yoluxmadıqlarına görə bundan sonra xəstələnməyəcəklərini düşünürlər. Bu, düzgün deyil. Çünki həmin xəstəliyə hər kəs yoluxa bilər. Qorunma tədbirlərinə düzgün əməl edilsə, bu, baş verməyə də bilər. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacağam. Biz yenidən yoluxa bilərik. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur”.
Həkim infeksionist deyib ki, qorunma tədbirlərinə, hamının bildiyi qaydalara düzgün riayət edilməlidir: “Tibbi maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə tibbi maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, tibbi maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər tərəfdən, məsafə saxlanılması vacibdir. Tibbi maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağımıza kömək edir. Həmin qaydalara əməl olunsa, yoluxma saylarında əhəmiyyətli azalmaya şahid ola bilərik. Daha biz gözləməməliyik ki, hamı yoluxsun, xəstələnsin, hər kəsdə immunitet yaransın, sonra yoluxma sayları azalmağa başlasın. Bu, çox uzun vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı da çox ola bilər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

