/ / Anar Kərimov: Əminik ki, ICESCO erməni vəhşiliyi haqqında dünyanı, o cümlədən İslam aləmini məlumatlandıracaq
Anar Kərimov: Əminik ki, ICESCO erməni vəhşiliyi haqqında dünyanı, o cümlədən İslam aləmini məlumatlandıracaq
14.01.2021 [09:44]
ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətlərin, o cümlədən məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandallıq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər. Əminik ki, bu vəhşilik haqqında bütün dünyaya, o cümlədən İslam aləminə məlumatlar çatdırılacaq. Bu, çox önəmlidir.
Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.
“Bu səfəri Azərbaycanla həmrəylik kimi qiymətləndiririk”
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfərindən sonra müxbirimizin suallarını cavablandıran nazir qeyd edib ki, bu, Vətən müharibəsindən sonra beynəlxalq təşkilatın rəhbəri səviyyəsində ölkəmizə ilk səfərdir. Bunu Azərbaycanla həmrəylik kimi qiymətləndiririk.
“Biz beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.
Qarabağda tarixi abidələrin konservasiyası və bərpası üçün yol xəritəsi hazırlanacaq
İşğaldan azad olunmuş ərazilərimizdəki mədəni-dini və tarixi abidələrimizin qorunması istiqamətində atılacaq addımlarla bağlı sualı cavablandıran nazir deyib: “Mədəniyyət Nazirliyinin ekspertləri hazırda həmin ərazilərdə maddi-mədəni, tarixi abidələrin monitorinqini, inventarlaşmasını aparırlar. Daha sonra abidələrin konservasiyası, bərpası üçün yol xəritəsi hazırlanacaq. Bu, uzunmüddətli prosesdir. Amma biz buna çox qətiyyətlə başlamaq niyyətindəyik. Bu işdə bizə həm yerli, həm də xarici ekspertlər kömək etməlidirlər. İlk olaraq mədəniyyətimizin beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən başlamağı planlaşdırırıq. Təbii ki, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələr, mədəniyyət müəssisələri də bərpa olunacaq”.
Mədəniyyət naziri bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək tədbirlərlə bağlı plan hazırlanır. Bu il Şuşada iki tədbir - “Xarı bülbül” festivalı və Molla Pənah Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

