COVID-19-un simptomlarını hiss edən kimi evdə qalmaq və həkimlə əlaqə saxlamaq lazımdır
09.01.2021 [09:05]
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə davam edir. Mütəxəssislərin qeyd etdikləri kimi, əsas məsələ hər bir fərdin məsuliyyətli olması və bütün qaydalara ciddi əməl etməsidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Sevil Məmmədova bildirib ki, dəhşətli kabus kimi dünyanı dolaşan COVID-19 infeksiyası bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalır. Onun sözlərinə görə, təəssüf ki, virusdan qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır: "Bunlar isə hamıya yaxşı məlum olan sosial məsafənin gözlənilməsindən, tibbi maskadan düzgün istifadədən, respirator gigiyena qaydalarına riayət etməkdən – asqırdıqda və öskürdükdə ağızın dəsmal və ya dirsək bükümü ilə örtülməsindən ibarətdir".
Mütəxəssis bildirib ki, bu xəstəliyi yüngül keçirənlər ev şəraitində müalicə oluna bilərlər: "Simptomlar müşahidə olunan kimi evdə qalmaq, özünü təcrid etmək, ərazi üzrə sahə həkimi ilə əlaqə saxlamaq və yalnız həkimin məsləhəti ilə evdə müalicəyə başlamaq lazımdır. Ev şəraitində müalicə yalnız həkim tövsiyəsi ilə aparılmalıdır. Boğazı ağrıyan, qızdırması, öskürəyi və respirator əlamətləri olanlar yüngül xəstələr sayılırlar, lakin onlarda sətəlcəm inkişaf etməyib. Adətən, xəstəliyin birinci həftəsində həmin simptomlar müşahidə olunur, yoluxma baş veribsə, artıq ikinci həftədən etibarən virus aşağı tənəffüs yollarına keçir və ağciyəri zədələyir. İlkin simptomlarla üzləşən, yaşı 65-dən aşağı və heç bir xroniki xəstəliyi olmayanlar evdə müalicə ala bilərlər".
Onun sözlərinə görə, bəzən elə olur ki, yoluxma baş versə də, simptomlar müşahidə olunmur və ya az müşahidə edilir, lakin belələri yenə də virus daşıyıcısıdır və başqalarını yoluxdura bilərlər: "Elə xəstələr olur ki, onların spesifik qan analizlərində nə vaxtsa virusa yoluxduqları görünür, lakin heç bir əlamət hiss etmədiklərini bildirirlər. Nəzərə almaq lazımdır ki, virus göstəricisi kimi xəstələnmə bir variantdır və aysberqin görünən hissəsidir, adətən yoluxanlarda az simptomlar və ya simptomsuz hal müşahidə olunur. Buna görə də gigiyenik qaydalara düzgün əməl etmək, az simptom müşahidə olunan hallarda belə özünü təcrid etmək lazımdır".
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

