Polkovnik Elxan İbrahimov: Vətən müharibəsində tibb işçiləri də böyük qəhrəmanlıq göstəriblər
18.12.2020 [09:19]
Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
E.İbrahimov qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdində ən müasir avadanlıqlarla təmin olunmuş reabilitasiya-bərpa mərkəzləri fəaliyyət göstərir. Yaralı hərbi qulluqçulara həmin mərkəzlərdə peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir sıra hərbi qulluqçular müalicə prosesi başa çatdıqdan sonra xidməti davam etdirmək üçün Silahlı Qüvvələrimizin sıralarına qayıdacaqlar.
Polkovnik bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi əsasında yaradılan iki səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi hərbi qulluqçulara xidmət edir: “Qırx dörd günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə də mübarizə apardığımızı unutmamalıyıq. Hərbi tibb müəssisələrinin mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmayıb. Hazırda hərbi qulluqçular hərbi tibb və mülki səhiyyə müəssisələrində müalicə alırlar. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla xidmət göstərirlər. Azərbaycanın özəl səhiyyə xəstəxanaları, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər silahlı birləşmələrin hərbi tibb xidmətləri göstərən müəssisələri bundan sonra da dəmir yumruq kimi birləşərək Vətənə və yaralı əsgərlərə xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

