Karantin qaydalarına əməl etməsək, COVID-19 həyatımızdan çəkilib getməyəcək
08.12.2020 [09:16]
Son həftələrdə dünyada, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Ümumiyyətlə, havaların soyuması COVID-19-un və digər mövsümi xəstəliklərin aktivləşməsinə şərait yaradır. Çünki havaların soyuması nəticəsində immun sistemi zəifləyir, insanlar qapalı şəraitdə daha çox vaxt keçirir, otaqlar gec-gec havalandırılır ki, bu da həm infeksion xəstəliklərə, həm də hazırda dünyada tüğyan edən yeni növ koronavirus infeksiyasına yoluxma sayınının artmasına səbəb olur. Tibbi ekspertlərin vurğuladıqları kimi, payız-qəş aylarında COVİD-19-a yoluxma sayının artımı gözlənilən olsa da, burada vətəndaşların məsuliyyətsizliyi də rol oynadı.
Məsələ ilə bağlı həkim-pulmonoloq Günay Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, hazırda ikiqat məsuliyyətli davranmaq, həmrəy olmaq dövrüdür: “Sağlamlığımızı qoruyaraq həkimlərə, dövlətimizə kömək etmiş olacağıq. İlk gündən bəri koronavirusa yoluxmanın qarşısını almaq üçün mütəxəssislərin dönə-dönə tövsiyə etdiyi qaydalar dəyişməzdir. Bu qaydalara həm özümüz əməl etməliyik, həm də ətrafımızdakıların əməl etməsinə səbəb olmalıyıq. İctimai qınaq olmalıdır. Tibbi maskadan düzgün istifadə olunmalı, əllər su ilə 20 saniyə yuyulmalı, sosial məsafə gözlənilməlidir. İlk simptomlarda sahə həkimlərinə müraciət olunmalıdır”.
Onun sözlərinə görə, kütləvi toplaşma məkanlarında, ictimai nəqliyyatdan istifadə edərkən mütləq tibbi maska taxılmalı, həmin məkanı tərk etdikdən, avtobusdan düşdükdən sonra imkan varsa, əllər yuyulmalı və ya dezinfeksiya olunmalıdır: “Tibbi maska düzgün taxılmalı, ağız və burun boşluğunu tam tutmalıdır. Onu günlərlə istifadə etmək düzgün deyil, mütləq yenisi ilə əvəzlənməlidir. Tibbi maskanı cibdə gəzdirmək, büküb əldə saxlamaq onun qoruyuculuğunu azaldır. Ünsiyyətdə olarkən hər iki tərəfin maskada olması yoluxma ehtimalının 1 faiz və ondan az olmasına səbəb olur. Bu, böyük rəqəmdir”.
“Xəstə həkimə gec müraciət etdikdə onun həyatını xilas etmək daha da çətinləşir, ya uzunmüddətli müalicəyə ehtiyac yaranır, ya da görülən tədbirlər nəticəsiz qalır. Əhaliyə məsləhət görürəm ki, xəstəliyə ötəri yox, ciddi yanaşsınlar, həkim məsləhəti olmadan özbaşına, kimsənin sözü ilə və ya başqa bir xəstənin qəbul etdiyi dərman preparatlarını qəbul etməsinlər. COVİD-19-un əlamətlərini hiss etdikdə dərhal sahə həkiminə müraciət etmək tövsiyə olunur. Bu zaman həmin şəxs nəzarətə götürülür, əgər vəziyyəti xəstəxanaya yerləşdirilməyi tələb edirsə, tibb müəssisəsinə yerləşdirilir. Bununla yanaşı, hər kəsə karantin rejiminin qaydalarına əməl etməyi, tövsiyələrə məsuliyyətlə yanaşmağı məsləhət görürəm”, - deyə G.Əliyeva bildirib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27

