Bütün qaydalara riayət edək, COVID-19-a birlikdə qalib gələk
12.11.2020 [08:52]
Yaxud koronavirusdan qorunmaq məhz öz əlimizdədir
Ölkəmizdə yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ümumiyyətlə, yaradılmış tibbi infrastruktur, ölkəmzin potensial imkanları pandemiya ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə, vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Bununla belə, son aylarda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım çoxdur. Sanitar-epidemioloji durumun pisləşməsi və infeksiyanın yayılmasındakı artım bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir. Xatırladaq ki, artıq bir müddətdir ki, Nazirlər Kabineti 10 şəhər və rayonun ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.
Vurğulanmalıdır ki, inzibati tədbirlərlə yanaşı, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında vətəndaş məsuliyyəti də əhəmiyyətli rol oynayır. Vətəndaşlarımız kütləvi tədbirlərdə iştirakdan çəkinməli, iştiraka ciddi zərurət yarandığı hallarda isə qoruyucu vasitələrdən mütləq istifadə etməlidirlər. Eləcə də sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək hamımızın borcudur.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva KİV-ə açıqlamasında bildirib ki, son dövrlərdə koronavirusa yoluxma hallarında ciddi artım qeydə alınır. Bununla yanaşı, COVID-19-dan ölənlərin sayında da çox ciddi artım müşahidə olunmaqdadır. Yoluxma hallarının əsas səbəbinin vətəndaşların kütləvi şəkildə bir yerə toplaşması olduğunu vurğulayan Y.Qarayevanın sözlərinə görə, havalar soyuyandan sonra daha çox artım qeydə alına bilər: “Çünki bu, virus infeksiyasıdır. Kəskin respirator virus infeksiyaları soyuq havalarda artıma meyillidir. Ona görə biz daha da diqqətli olmalıyıq. Hər kəs özünü qorumalı, maskadan istifadə etməli, əl gigiyenasına riayət etməlidir. Qapalı məkanlarda bir yerə toplaşmamalıyıq, sosial məsafəni saxlamalıyıq”.
Bakıdakı 6 nömrəli poliklinikanın Terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova da mövcud vəziyyətin kifayət qədər ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, payız-qış mövsümündə respirator xəstəliklərin artması gözlənilən idi. Təəssüf ki, ölkəmizdə COVID-19-a yoluxanların çoxluğu daha erkən - hələ havaların isti keçdiyi, soyuqlar düşmədiyi vaxtlardan başlanıb: “Təcrübə göstərir ki, xəstə virusa yoluxanda 5-7 gün ərzində ilkin əlamətlər özünü göstərir. Əlamətlər büruzə verən kimi yubanmadan sahə həkiminə müraciət edilməlidir. Gecikmə zamanı pnevmoniya ortaya çıxa, tənəffüs çatışmazlığı yarana bilər. Həmin mərhələdə müraciətin gecikməsi xəstənin həyatını təhlükə qarşısında qoyur”.
Həkim-terapevt onu da vurğulayıb ki, vətəndaşlar qoyulan qaydalara, o cümlədən sanitar-gigiyenik təmizliyə düzgün riayət etməlidirlər. Onun fikrincə, qoruyucu maskanın taxılması əsas mühafizə vasitəsi olaraq qalır. Eləcə də əllərin antiseptik vasitələrlə silinməsinə, sosial məsafənin qorunmasına da mühüm şərtlərdən biri kimi ciddi şəkildə riayət edilməlidir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59

