/ / Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib
11.11.2020 [09:35]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib.
İcmadan AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Hörmətli erməni əsilli Azərbaycan vətəndaşları.
Bilirəm ki, mənim sizlərə etdiyim müraciətləri çox diqqətlə izləyirsiniz. Bu, məni sevindirir. Sonuncu müraciətimi böyük sayda erməni vətəndaşlarımız izlədi və sizlərdən çoxlu sayda ruhlandırıcı mesajlar, müraciətlər almışam. Çox şadam ki, erməni sakinlərimiz arasında çox sayda sülh, birgə yaşayış tərəfdarı olan şəxslər var. Mənə göstərdiyiniz bu diqqətə görə sizlərə təşəkkür edirəm.
Mənə etdiyiniz müraciətlərdən aydın olur ki, tezliklə sülhün bərqərar olmasını gözləyirsiniz. Sizlər kimi, Azərbaycan Respublikasının bütün vətəndaşları ərazi bütövlüyümüzün bərpasını və həm erməni, həm də azərbaycanlıların birgə sülh şəraitində yaşamağa başlamasını gözləyirlər.
Köhnə günlər çox yaxşı xatirimdədir. Şuşada və Xankəndində küçələrdə erməni və azərbaycanlıların bir-birinə qarışan gülüş səslərini unutmamışıq. Ağacların altında, çayxanalarda nərd oynayan qocaları unutmamışıq. Parklarda, kafe və restoranlarda təmiz dağ havasında zövq alaraq gəzişən insanları unutmamışıq. İdman yarışlarında həm erməni, həm azərbaycanlı idmançıların birgə iştirakını unutmamışıq. Bir-birimizin sevincinə və kədərinə şərik olduğumuz günləri də unutmamışıq.
Bilirəm ki, sizlər də unutmamısınız. Biz yenidən mehriban qonşular kimi yaşayacağıq. Erməni və azərbaycanlı uşaqlar yenidən birlikdə bağçaya, məktəbə gedəcəklər. Uşaqlar qarışıq komandalara bölünüb, məhəllələrdə futbol oynayacaqlar.
Həmin günləri yenidən bərpa etmək üçün bizim yeganə yolumuz Azərbaycan Respublikasının qanunları çərçivəsində birgə yaşamağımızdır. Bir daha sizlərdən xahiş edirəm ki, döyüşlərin getdiyi bölgələrdən uzaq durun! Hər bir insan həyatı bizim üçün dəyərlidir. Sizin gələcəyinizin, təhlükəsizliyinizin təminatçısı olan Azərbaycan əsgərinə silah qaldırmayın. Azərbaycan əsgərləri humanistdir. Sadəcə, onlara güvənin. Onlar sizə toxunmayacaqlar. Azərbaycan Silahlı Qüvvələri mülki insanlara lazımi humanitar, tibbi dəstəyi göstərməyə hazırdır. Orduda xidmət edən övladlarınız varsa, onları geri çəkin.
Çalışaq ki, bu münaqişə tez bir zamanda, minimum itkilərlə başa çatsın və sülh bərqərar olsun. Elə olduqda, biz - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri tez bir zamanda keçmişdə olduğu kimi, sülh şəraitində birgəyaşayışa nail olacağıq. Sizi əmin edirəm ki, Şuşadakı Qazançı kilsəsi və digər mədəniyyət abidələri bərpa ediləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Bu müharibə sizin də əziyyət çəkdiyiniz Ermənistanın korrupsioner hərbi-siyasi rəhbərliyinə və qondarma kriminal xunta rejiminə qarşı aparılır.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

