Azərbaycanın beynəlxalq müstəvidə növbəti dəfə tanıdılması
04.11.2020 [09:27]
Azercell-in #QadınDediyin layihəsi nüfüzlu beynəlxalq Red Jolbors festivalında Gümüş və Bürünc medal qazandı
Ölkəmiz üçün tarixi və son dərəcə əhəmiyyətli olan dönəmdə, tək cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda Azercell şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanıdılmasına nail olub. Belə ki, Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan Red Jolbors festivalında Azərbaycanın lider mobil operatoru Azercell-in hazırladığı #QadınDediyin sosial layihəsi iki yüksək mükafata layiq görülüb. Orta Asiya və MDB ölkələrindən yüzlərlə nümayəndənin qatıldığı yarışmada münsiflərin qərarına əsasən #QadınDediyin layihəsi bölgənin ən yaxşı KSM layihələri arasında ikinci yerə çıxaraq Gümüş medala, “Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə Bürünc medala layiq görülüb.
#QadınDediyin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlara dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların timsalında uğurlu azərbaycanlı qadın idmançıların həyatından nümunələr təqdim edilib. Belə ki, öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.
Qeyd edək ki, bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaratdı, nüfuzlu influenserler və blogerlər tərəfindən dəstəkləndi, ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı.
Bu il ilk dəfə online formatda keçirilən tədbirdə 250-dən çox reklamçı, marketoloq, brend-menecer, PR mütəxəssisi Red Jolbors kommunikasiya festivalına öz işini təqdim edib. Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiya uğrunda mükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin tanınmış reklam agentlikləri, beynəlxalq mükafat laureatları təmsil olunub. Festival nüfuzlu qonaqları ilə yadda də qalıb. Müsabiqənin Jolbors Education adlı maarifləndirici bölməsində Google, Mail.ru Group, PepsiCo, Skyeng, Borjomi Global, Forbes Russia kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekmambetov, tanınmış reklamçı Maksim Ponamaryov tədbir iştirakçıları qarşısında çıxış ediblər. Red Jolbors festivalı iştirakçılara peşəkar səviyyələrini artırmağa, həmçinin müxtəlif ölkələrin təmsilçilərinin müştərək maraqlı kreativ layihələrini ərsəyə gətirməsinə imkan yaradır.
Azercell indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edərək ali mükafatlara layiq görülüb. Şirkətin KSM sahəsində həyata keçirdiyi layihə və təşəbbüslər dünyanın ən yaxşıları sırasında təqdim edilərək, ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan uğurlu addımlardan olub.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

