/ / Allahşükür Paşazadə: Məscidlərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq
Allahşükür Paşazadə: Məscidlərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq
20.10.2020 [09:42]
Qafqaz müsəlmanları, Azərbaycan dindarları və şəxsən öz adımdan Zati-möhtərəmlərinizə salamlarımı və xeyir-dualarımı yetirir, Allah-Təaladan cümlə müsəlman ümmətinə xeyirli fəaliyyətlər arzulayıram. Biz İstanbulun və bütün türk dünyasının incisi sayılan Aya Sofiyanın ibadətə açılışını cani-könüldən təqdir etdiyimiz kimi, bu gün də İslam dünyasının elm və irfan mərkəzi olacaq İbn Haldun Külliyəsinin açılışına dəvət aldığımıza görə dərin təşəkkürlərimizi bildirir, bütün savab fəaliyyətlərin millətlərimiz və dövlətlərimiz üçün xeyirlərə vəsilə olmasını arzu edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 19-da İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Açılış mərasimində iştirak edənlərin Azərbaycanın Qarabağ uğrunda mübarizəsindən xəbərdar olduqlarını xatırladan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı, təcavüzə məruz qalmış ərazilərimizi, zəbt edilmiş məscidlərimizi dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etmək əzmindəyik. Əminik ki, 30 illik müsibətlərimiz tezliklə sona yetəcək, haqq və ədalət zəfər çalacaqdır. Bizim üçün çox çətin və məsuliyyətli bir dönəmdə qardaş Türkiyə dövlətinin, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan həzrətlərinin, bütün Türkiyə xalqının Azərbaycana göstərdiyi qardaş sevgisi, uzatdığı dost əli və arxalandığımız millət dəstəyi, camilərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq, xeyir-duaları hər zaman Türkiyə dövlətinin və xalqının rifahı üçün olacaqdır.
Bu gün “Bir millət, iki dövlət!” şüarını çəkinmədən dünyaya bəyan edən iki qardaş - prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünya tarixinə yeni bir şərəfli səhifəsi yazır, yeni qəhrəmanlıq dastanı yaradırlar. Bu günlərdə Azərbaycanın qəlbi Türkiyə ilə bərabər döyünür, şəhərlərimizdə, kəndlərimizdə bayraqlarımız bərabər dalğalanır. Böyükdən kiçiyə qədər bütün Azərbaycan xalqı sizlər üçün dualar edir. Mən də haqq savaşımızda, ədalət çağırışımızda bizə dəstək olduğunuz, əsl qardaş kimi arxa-dayaq durduğunuz üçün Uca Rəbbimə Türkiyə dövlətini, bütün türk dünyasını qoruması üçün dualar edirəm.
Mən bu möhtəşəm külliyənin açılış tədbirindəki iştirakımı tarixi baxımdan əlamətdar hadisə hesab edirəm. Bu gün gənclərə - gələcəyin ictimai-siyasi xadimləri, hüquqçuları və filosofları olacaq İbn Haldun Universitetinin tələbələrinə bir Şeyxülislam, bir ata çağırışı etmək istəyirəm: Hər zaman Haqqın yanında olun! Unutmayın ki, Haqq həmişə qalibdir, Zalim həmişə məğlubdur!
Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqı və Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının rəhbəri Rəcəb Tayyib Ərdoğana, əziz qardaşım, Diyanet İşleri Başkanı Ali Erbaş həzrətlərinə, burada iştirak edən və dostluğu, qardaşlığı bizim üçün əziz olan Bilal Erdoğana minnətdarlığımı bildirir, dövlətlərimizin daim, qardaşlığımızın baqi olmasını Allah-Təaladan raz-niyaz edirəm!”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

