/ / Gəncənin dini icmaları Ermənistan ordusunun dinc əhalini və dini məbədləri atəşə tutmasını pisləyiblər
Gəncənin dini icmaları Ermənistan ordusunun dinc əhalini və dini məbədləri atəşə tutmasını pisləyiblər
15.10.2020 [08:59]
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov oktyabrın 14-də Gəncədə birgə brifinq keçiriblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək, sentyabrın 27-dən başlayaraq, Ermənistan ordusunun törətdiyi təxribatlardan danışıb. Bildirib ki, bütün cəbhəboyu hücuma keçən düşmənin qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alınıb. Ağır məğlubiyyətə uğrayan erməni hərbçiləri köhnə xislətlərindən əl çəkməyərək Xocalıda həyata keçirdikləri qırğınların bənzərini yenidən törətmək məqsədilə Gəncə şəhərini, dinc əhalini bombalamağa başlayıblar. “Ermənistan ordusunun atdığı bombalar nəticəsində şəhərimizdə evlər dağılıb, mülki insanlar öldürülüb, Gəncəyə külli miqdarda ziyan dəyib. Həmçinin düşmənin hücumu nəticəsində şəhərimizin müqəddəs məbədlərinə, dini inancımız olan məkanlara zərər vurulub. Nəinki müsəlmanların məscidi olan İmamzadə ziyarətgahı, eyni zamanda, pravoslav kilsəsi də zərər görüb. Bununla əlaqədar, şəhərimizin dini nümayəndələri olaraq bu hücumu pisləyən bəyanat qəbul etmişik”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi diqqətə çatdırıb.
Hacı Tahir vurğulayıb ki, düşmən uşaq qatilidir. Onlar bunu tarixdə də göstəriblər. Bu gün də öz xislətlərindən əl çəkməyiblər.
Azərbaycanın tolerant ölkə olduğunu, heç bir milli, dini, irqi ayrı-seçkiliyin baş vermədiyini deyən Hacı Tahir bildirib ki, Gəncədəki yəhudi, xristian və müsəlman icmalarının nümayəndələrinin birlik nümayiş etdirməsi bunu bir daha təsdiqləyir.
Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov çıxışında bildirib ki, Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəf alması cinayətdir: “Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutmasını kəskin şəkildə pisləyirəm. Ermənistanın Gəncəni hədəfə almasını, uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsini qınayıram. Dinc əhalinin heç bir günahı yoxdur. Ermənilərin Gəncəyə atdığı raket zərbələri nəticəsində bizim kilsə də ciddi zərər görüb. Onu deyə bilərəm ki, tolerant və multikultural ölkə olan Azərbaycan 30 il səbirlə gözlədi. Gözlədi ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Ancaq düşmən buna razı olmadı. Bu, Azərbaycanın haqq işidir”.
Gəncənin raket atəşinə tutulmasını kəskin şəkildə pisləyən Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov isə deyib ki, mülki əhaliyə, uşaqlara raket atılmasını qınayır və dinc sakinlərə belə zərbələr vurulması qətiyyən yolverilməzdir.
“Azərbaycan tolerant dövlətdir və yəhudilər də burada çox rahat şəkildə yaşayırlar. Yəhudi xalqını Azərbaycan xalqı ilə qardaşlıq telləri bağlayır. Yəhudi xalqı həmişə Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb”, - deyə Gəncə Yəhudi Dini İcmasının sədr müavini bildirib.
Sonda Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin, Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişinin və Gəncə Yəhudi Dini İcmasının birgə bəyanatı oxunub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

