Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub

Bu il pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub

12.09.2020 [00:02]

2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi yaşlı əhalinin sosial təminat sistemi ilə əhatə olunmaq imkanlarını və bu sistemin əhatə dairəsini daha da artırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin əvvəlinədək və bu ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub.

Beləliklə, həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə çatmalarını gözləmədən, daha erkən dövrdə yaşa görə müavinət hüququ qazanıblar.

Ümumilikdə, yaşa görə müavinətlə təmin olunanların sayı hazırda 100 minə yaxındır.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31