Vətəndaşlar bundan sonra da məsuliyyətli olmalı, karantin qaydalarına riayət etməlidirlər
05.09.2020 [10:33]
Ekspertlərin fikrincə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər pandemiyaya qarşı mübarizədə Azərbaycan modelini nümunə olaraq ortaya qoydu
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasınının geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, həmçinin vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində artıq bir sıra regionlarda xüsusmi karantin rejiminin tətbiqi ləğv olunub. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Bununla belə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər 10 şəhər və rayonda xüsusi karantin rejimi ləğv edilib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövlətinin uğurlu fəaliyyət apardığını diqqətə çatdırıb. Komitə sədri bildirib ki, infeksiyaya yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində karantin rejiminin yumşaldılması barədə bəzi qərarlar qəbul edib: "Lakin yumşalmalara gedilməsi o demək deyil ki, pandemiya başa çatıb. Əksinə, bəzi Avropa ölkələrində xəstələrin sayında artım müşahidə olunur və bu, bizim hər birimizi daha məsuliyyətli olmağa sövq edir. Daim insanlarımızın sağlamlığını düşünən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman vətəndaşları ehtiyatlı olmağa çağırır. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Belə ki, artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan bəzi xəstəxanalar yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək. Bizdən tələb olunan ancaq məsuliyyətli olmaqdır".
Milli Məclisin deputatı Kəmaləddin Qafarov da ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu addımlar atıldığını deyib. Millət vəkili bildirib ki, bu istiqamətdə həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər pandemiyaya qarşı mübarizədə Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoydu. Kəmaləddin Qafarov bu gün ölkəmizdə COVID -19 xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini və bütün pasiyentlərin dövlətin hesabına müalicə olunduğunu diqqətə çatdırıb: "Ölkəmizdəki epidemioloji vəziyyət mütəmadi olaraq dəyərləndirilir, vəziyyətə uyğun olaraq addımlar atılır və yumşaldılma tədbirləri həyata keçirilir. Bu gün hər bir vətəndaş mövcud dinamikanı qoruyub saxlamaqda məsuliyyətli olmalıdır. Məsuliyətsizlik, biganəlik, sanitar qaydalara əməl etməmə yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, aparılan bütün sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52

