Azərbaycanın Gənclər və İdman naziri İstanbulda beynəlxalq konfransda iştirak edib
04.09.2020 [09:39]
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Osayminin təklifi və quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının təsdiqi ilə 2017-ci ildən etibarən hər il sentyabrın 3-ü İƏT ölkələrinin Gənclər Günü kimi qeyd olunur.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İƏT Gənclər Günü münasibətilə İstanbulda keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov İƏT Gənclər və İdman nazirlərinin dördüncü konfransının sədri qismində iştirak edib.
Nazir Azad Rəhimov çıxışında iştirakçıları 3 sentyabr - İƏT Gənclər Günü münasibətilə təbrik edərək bildirib ki, Təşkilata üzv ölkələrin Gənclər və İdman nazirlərinin Bakı toplantısından sonra qardaş Türkiyədə bu əlamətdar günə həsr edilmiş tədbir ölkələrimizin yerləşdiyi coğrafiyada gənclər siyasətinin inkişafı üçün təcrübə mübadiləsinin aparılması, bu sahədə tərəqqi prosesinə dair yeni fikir və ideyaları öyrənilməsi və gələcək istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm fürsətdir.
Gənclərin hər bir ölkənin gələcək inkişafında mühüm rol oynadıqlarını diqqətə çatdıran Azad Rəhimov İƏT-ə və onun Gənclər Forumuna bu istiqamətdə göstərilən səylərə və dəstəyə görə təşəkkür edib. Diqqətə çatdırıb ki, 2004-cü ildə İƏT Gənclər Forumunun təsis konfransının Bakıda keçirilməsi, 2010-cu ildən isə İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinə məhz Azərbaycan hökumətinin ev sahibliyi etməsi dövlətimizin gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir. Nazir 2020-ci ildə Azərbaycanın sədrliyi ilə Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda təşkilinin bunun əyani sübutu olduğunu vurğulayaraq, İƏT Gənclər Günü münasibətilə səmimi təbriklərini ifadə edib.
Tədbirdə Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan, Təşkilata üzv ölkələrin səfirləri və baş konsulları iştirak ediblər. Eyni zamanda, tədbirdə İƏT-in baş katibi Yusif bin Əhməd əl-Osayminin müraciəti iştirakçıların diqqətinə çatdırılıb.
Sonda Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə beynəlxalq fotoşəkil müsabiqəsinin qalibləri təltif ediliblər. Həmçinin Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu və İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan 2020-2021-ci illər üçün Əməkdaşlıq Protokolunu imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

