/ / İmişlidəki göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub - sakinlərin suvarma problemi həll olunur
İmişlidəki göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub - sakinlərin suvarma problemi həll olunur
13.08.2020 [08:25]
Ölkəmizdə suvarma suyunda yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub. Nəticədə İmişli, Saatlı və Sabirabadın əkin sahələrində suvarma işləri daha da yaxşılaşıb.
Görülən işlərlə tanış olmaq məqsədilə İmişliyə gələn Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, son 3 ildə ölkə ərazisində olan çaylarda su azlığı müşahidə edilir. Bu da öz növbəsində əkinçilikdə suvarma işlərinə təsir göstərir. Bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd ölkə ərazisində yerləşən su ehtiyatlarından səmərəli istifadə olunmasıdır.
“Görülən işlərin davamı olaraq İmişli rayonu ərazisində yerləşən göllərə baxış keçirildi və həmin su mənbələrindən suvarma işləri üçün istifadə etmək məqsədə uyğun sayıldı. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsilə avqustun 3-dən Baş Muğan kanalına su vurulur. Səkkiz gündə Baş Muğan kanalına 3,5 milyon kubmetr su nəql edilib və kanal boyunca yerləşən, su çatışmazlığından əziyyət çəkən əkin sahələrinin su təminatı yaxşılaşıb. Görülən işlər xüsusilə də İmişli və Saatlı, qismən də Sabirabad rayonlarının pambıq tarlalarında suvarma işlərinə müsbət təsir göstərib. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması yaxşılaşıb”, - deyə ASC-nin sədr müavini əlavə edib.
Zakir Quliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən son vaxtlar suvarmada olan çətinliklə bağlı məsələ xüsusi diqqətdə saxlanılır. Daxil olan müraciətlər ASC tərəfindən araşdırılır, növbəlilik prinsipinə uyğun olaraq çətinliklər aradan qaldırılır.
Fermerlərlə söhbət zamanı onlar da suvarmada qarşılaşdıqları çətinlərin həll olunduğunu bildiriblər. İmişli rayonunun Çaxırlı kənd sakini Naqil Vəliyev qeyd edib ki, bir müddət öncə suvarmada yaranan çətinliklə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı: “Ondan sonra qısa müddətdə bu kanal üzərində qurğu inşa edildi və Baş Muğan kanalına vurulan su hesabına sahələrdə qarşılaşdığımız çətinlik aradan qaldırıldı. İndi pambığı üçüncü dəfədir suvarırıq. Prezidentimizə təşəkkür edirik ki, biz sakinlərin müraciətlərinə dərhal reaksiya verildi və çətinliklər aradan qaldırıldı”.
Suvarmada problemlə qarşılaşan rayonun Məzrəli kənd sakini Müştəba Qənbərov da çətinlikərin arxada qaldığını vurğulayıb. “Su çatışmazlığı bir çox problemlərə səbəb olmuşdu. Lakin dövlətimizin başçısının tapşırıqları nəticəsində göllərdə qurğu quraşdırıldı və suyun verilişi təmin olundu. İndi əkin sahələrimizi rahatlıqla suvarırıq. Əgər problem həll olunmasaydı, məhsuldarlıq xeyli azalacaqdı. Görülən bu işlərə görə Prezidentimizə və qurğunun quraşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkür edirik”, - deyə Müştəba Qənbərov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

