Karantin rejiminin uzadılması vətəndaşların sağlamlığının qorunmasına xidmət edir
05.08.2020 [09:00]
Ekspertlər hesab edirlər ki, insanlar nə qədər məsuliyyətli olsalar, gigiyena və sosial məsafə qaydalarına riayət etsələr, normal həyata qayıdış daha sürətli olar
Məlum olduğu kimi, bütün dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə karantin rejiminin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq respublikanın 13 şəhər və rayonunda sərt karantin rejimi də həmin tarixə qədər artırılıb. Bununla belə, bəzi yumşaldılmalar barədə də qərar verilib. SMS-lə icazənin ləğv edilməsi, çimərliklərdən istifadəyə icazə verilməsi və s. buraya daxildir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, xüsusi karantin rejimi şəraitində müvafiq qərarlar məhz ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi nəzərə alınaraq qəbul edilir. Millət vəkilinin sözlərinə görə, dünyada koronavirus pandemiyası hələ də davam etməkdədir. Bu baxımdan, Azərbaycanda karantin rejiminin uzadılması məqsəduyğundur: “Avropa ölkələri daxil olmaqla, dünya ölkələrində COVID-19 pandemiyasının yenidən alovlanmasını müşahidə edirik. Belə davam edərsə, növbəti dalğanın başlanmasının şahidi ola bilərik. Təsadüfi deyil ki, Latın Amerikasında dövlətlər vaxtında tədbirlər görmədiyi üçün vəziyyət nəzarətdən çıxmaqdadır”.
İ.Məmmədov deyib ki, ölkə vətəndaşlarının təmkinli davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlətin tədbirləri virusa yoluxmada azalmanı şərtləndirir. Bu səbəbdən də karantin rejimində bəzi yumşalmalar həyata keçirilir. “Bunun nümunələrindən biri çimərliklərin istifadəyə verilməsidir. Ancaq biz bəzən şahidi oluruq ki, sosial şəbəkələrdə çimərliklərin istifadəyə verilməsini arzu edənlərin bir qismi indi verilən qərarla bağlı spekulyativ rəy formalaşdırmağa çalışırlar. Bundan öncə bildirilirdi ki, payızda xəstəliyin yeni və daha güclü dalğası gələ bilər, insanlar “D” vitamini almalıdır ki, immun sistemləri qaydasında olsun, virusa müqavimət göstərə bilsin. Haqlı fikirlərdir. Buna görə də Operativ Qərargah çox ciddi iş apardı, çimərlikləri qaydaya saldı, insanların rahat istifadəsi üçün şərait yaratdı. İndi açıq havada istirahət etməyimiz üçün tam təhlükəsiz şərait təmin edilib. “Cimerlik.az” saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. Lazım olan sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir”, - deyə deputat qeyd edib.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara vətəndaşlar tərəfindən riayət olunmasının zəruriliyi mühüm əhəmiyyət kəsb edir. Pandemiya ilə mübarizənin səmərəliliyi üçün vətəndaşlar mütləq qoruyucu vasitələrdən istifadə etməli, eyni zamanda, məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsinə ciddi yanaşmalıdırlar. Virusa yoluxma halları azalır və bu, mövcud qaydaların, nizam-intizamın sayəsində baş verir”. Bu fikirləri isə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, dövlətimiz vətəndaşların sağlamlığının qorunması üçün bütün zəruri addımları atır. Xüsusi krantin rejiminin uzadılması da bu məqsədə xidmət edir. Millət vəkili bildirib ki, xaricdən Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi prosesi də uğurla davam edir. Müntəzəm əsasda çarter rejimi üzrə Bakı-İstanbul-Bakı reyslərinin fəaliyyət göstərməsi buna misaldır: “İnsanların böyük əksəriyyəti qaydalara əməl edirlər. Amma təəssüflər olsun ki, bu qaydaları pozanlar da var. Bayram günlərində karantin qaydalarını pozaraq regionlara qanunsuz səfər edənlər, karantin rejimi qaydalarına riayət etməyənlər virusun daşıyıcısı da ola bilər. Onlar qaydaları pozmaqla nə qədər insanı virusa yoluxdura bilərlər. Belə hərəkətlərdən çəkinmək lazımdır. Çünki qaydalara riayət olunması koronavirusa yoluxma sayının azalmasına imkan verir. Belə olan halda isə, karantin rejimi də yumşaldılır. Buna misal kimi çimərliklərdən istifadəyə icazə verilməsini göstərmək olar. İlk olaraq çimərliklər açıldı, növbəti mərhələlərdə müxtəlif yumşalmalar da ola bilər. Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə, bir çox qadağalar aradan qalxar. Qısası, çimərlik ilk addımdır, növbəti addımlar bizim özümüzdən asılıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

