/ / Pandemiyaya qarşı mübarizənin səmərəliliyi insanların məsuliyyətli davranaraq karantin qaydalarına riayət etmələrindən asılıdır
Pandemiyaya qarşı mübarizənin səmərəliliyi insanların məsuliyyətli davranaraq karantin qaydalarına riayət etmələrindən asılıdır
02.07.2020 [09:41]
Ekspertlər qeyd edirlər ki, qaydaları pozanlara, qoruyucu vasitələrdən istifadə etməyənlərə qarşı ciddi ictimai qınaq formalaşdırılmalıdır
Məlum olduğu kimi, son zamanlar dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Buna görə də hazırda bir çox ölkədə yenidən sərt karantin rejimi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və yeni məhdudiyyətlər tətbiq olunur.Yumşalma istiqamətində atılan addımlardan sonra Azərbaycanda da xəstələyin yayılma sürəti artdığı üçün 21 iyun tarixindən bəzi şəhər və rayonlarda karantin rejimi sərtləşdirilib. Lakin bəzi vətəndaşların karantin rejiminin qaydalarını kobud şəkildə pozması, məsuliyyətsizliyi cəmiyyət üçün ciddi təhlikə yaradır.
Yeri gəlmişkən, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı bir qrup tibb işçisi ilə görüşündə Prezident İlham Əliyev hazırkı vəziyyətlə bağlı fikirlərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, məsuliyyətsizliyə qarşı dövlət nəzarəti, ictimai nəzarət olmalı, eyni zamanda, pandemiya şəraitində vətəndaşlar nizam-intizamı və məsuliyyəti daha da artırmalıdırlar.
Öz növbəsində ekspertlər qeyd edirlər ki, qaydaları pozanlara, qoruyucu vasitələrdən istifadə etməyənlərə qarşı ciddi ictimai qınaq formalaşdırılmalıdır. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ramin Məmmədov qeyd edib ki, COVID-19 infeksiyasının yaratdığı mürəkkəb reallıqlar bütün dünyada olduğu kimi, Azərbaycanda da dövləti və cəmiyyəti çətin sınaq qarşısında qoyub: “Xəstəliyin qarşısının alınması, virusa yoluxmuş vətəndaşların müalicəsi, pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz kifayət qədər genişmiqyaslı və səmərəli tədbirlər həyata keçirir”.
Ötən müddət ərzində əhalinin sosial təminatı və iqtisadi dayanıqlılığın təmin edilməsi üçün ölkəmizdə bütün tədbirlərin görüldüyünü qeyd edən deputatın sözlərinə görə, eyni zamanda,əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti tərəfindən prioritet məsələ kimi müəyyənləşdirilib: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti üçün ən vacib məsələ vətəndaşların sağlamlığının qorunmasıdır. Vaxtında atılmış addımlar, görülmüş kompleks tədbirlər olmasaydı, heç şübhəsiz, ciddi fəlakətlə qarşılaşa bilərdik. Bu baxımdan, hesab edirəm ki, görülən tədbirlər, tətbiq olunan karantin rejimi xəstəliyin yayılmasının qarşısını xeyli dərəcədə alıb”.
Deputatın fikrincə, cərimələrin məbləğinin artırılması vətəndaşları məsələyə daha diqqətli, ciddi və məsuliyyətlə yanaşmağa sövq etmək üçün mühüm əhəmiyyətə malikdir. R.Məmmədov deyib ki, koronavirus pandemiyası ilə mübarizəni gücləndirmək üçün əsas diqqəti insanlarda məsuliyyət hissinin artırılmasına yönəltmək lazımdır.
Milli Məclisin deputatı Pərvin Kərimzadə isə deyib ki, pandemiya ilə mübarizədə ictimai qınaq da öz sözünü deməlidir: “Əgər qapalı ictimai yerdə kimsə tibbi maskadan istifadə etmirsə, biz ona iradımızı bildirməliyik, çalışmalıyıq ki, ətrafımızdakılar da qaydalara riayət etsin. Hər kəs yüksək qətiyyət göstərərək, karantin qaydalarına riayət etməli, müvafiq yerlərdə tibbi maska və digər qoruyucu vasitələrdən istifadənin məcbur olduğunu yaddan çıxarmamalıdır”.
Karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz davranış hallarına görə cərimə və digər sanksiyaların tətbiqinin önəmli olduğunu deyən deputat bildirib ki, bu, sosial məsuliyyətini dərk etməyən insanların nizam-intizama riayət etmələri üçün olduqca əhəmiyyətlidir. “Hər birimiz öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalı, qaydalara hamılıqla əməl etməliyik”, - deyə P.Kərimzadə əlavə edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07

