/ / Azərbaycana gətirilən fərdi qoruyucu vasitələr bu gündən etibarən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq
Azərbaycana gətirilən fərdi qoruyucu vasitələr bu gündən etibarən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq
02.07.2020 [09:36]
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib.
Ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır. Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas AZƏRTAC-a bildirib ki, iki illik layihənin birinci hissəsində səhiyyə sisteminin gücləndirilməsinə yardım etmək nəzərdə tutulub: “Bundan sonra da ölkəyə fərdi qoruyucu vasitələr gətiriləcək. Layihənin ikinci hissəsi səhiyyə sisteminin potensialının artırılmasına yönələcək. Bu, ümumi qlobal çağırışdır. Bu yardım Şərq Tərəfdaşlığının digər ölkələrinə də göstərilir. Növbəti iki ildə də həmin yardımlar davam edəcək. Lakin bilmək lazımdır ki, virusla mübarizə üçün hər kəs öz davranışına cavabdeh olmalıdır. Biz gərək məsuliyyətli davranaq ki, onunla düzgün mübarizə aparaq və sonda qalib ayrılaq. Aİ bir çox sahələrdə Azərbaycana yardım edir. Budəfəki yardım isə səhiyyə ilə bağlıdır”.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, iki il davam edəcək layihə çərçivəsində həm ölkəyə qoruyucu vasitələr gətiriləcək, həm də Azərbaycan hökuməti ilə texniki cəhətdən əməkdaşlıq olunacaq: “Pandemiya ilə mübarizənin ön cəbhəsində həkimlər və tibb işçiləri yer alırlar. Fərdi qoruyucu vasitələr onların virusdan qorunması üçün önəmlidir. Sadəcə maska taxmaq deyil, onu düzgün və yerində taxmaq da vacibdir. Bununla bağlı təlimlər keçirilir. Həmin təlimlər yenə də davam etdiriləcək”, - deyə H.Harmancı diqqətə çatdırıb.
Qeyd edək ki, həmin fərdi qoruyucu vasitələr bu gündən etibarən pandemiya ilə mübarizəyə ayrılmış tibb müəssisələrinə paylanılacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

