Dövlət qulluğuna qəbul edilmiş əməkdaşların videokonfrans formatında andiçmə mərasimi olub
24.06.2020 [08:49]
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar bu sahələr üzrə idarəçiliyin və əhaliyə xidmətlərin innovativ yanaşmalar üzərində qurulması və keyfiyyətinin yüksəldilməsinə, optimal və şəffaf fəaliyyət mexanizmlərinin tətbiqinə xidmət edir. Ona görə də bu sahələr üzrə dövlət qulluğunun inzibati vəzifələrinə kadrların qəbulu zamanı dövlət qulluğu ilə bağlı biliklərlə bərabər, eyni zamanda, müasir bilik və bacarıqlara yiyələnmiş, həmçinin məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik kadrlara üstünlük verilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik sistemində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların videokonfrans formatında təşkil olunan andiçmə mərasimində deyib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarını 23 iyun - dövlət qulluqçularının peşə bayramı günü münasibətilə təbrik edən S.Babayev hazırda nazirliyin struktur bölmələrində 4900-dək dövlət qulluqçusunun çalışdığını qeyd edib. O, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən əməkdaşların əməyinin Prezident İlham Əliyev tərəfindən daim yüksək dəyərləndirildiyini vurğulayıb. Dövlətimizin başçısının 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilənlər arasında nazirliyin də əməkdaşlarının olduğu vurğulanıb və buna görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə olunub.
S.Babayev qeyd edib ki, nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Müvafiq müsabiqə və müsahibə mərhələlərini uğurla keçmiş namizədlər bu vəzifələrə təyin olunurlar. Hazırda da yeni işə qəbul olunan bir qrup əməkdaşın andiçmə mərasimi keçirilir. Dövlətimizin başçısının bəyan etdiyi “Dövlət məmuru xalqın xidmətçisidir”, “Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır” prinsipləri bu gün dövlət qulluğuna qəbul olunan kadrlar üçün başlıca fəaliyyət prinsipləri olmalıdır. Onlar bu prinsiplərə sadiq fəaliyyət göstərməklə sosial sahədə islahatlara töhfə verməyə çalışmalıdırlar.
İşə qəbul olunmuş əməkdaşların səmərəli fəaliyyətinin stimullaşdırılması, onların fasiləsiz təhsil almalarının təmin olunması istiqamətində də işlərin görüldüyünü deyən nazir yeni işə qəbul olunan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.
Nazirliyin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələrinə dair məlumat verib.
Gənc əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikası Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içib, andın mətnini imzalayıblar.
Sonra dövlət himni səslənib.
Dövlət qulluğuna işə yeni qəbul edilən şəxslər onlara göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07

