“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramının rəsmi açılışı olub
13.06.2020 [09:42]
İyunun 12-də Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının videokonfrans formatında rəsmi açılış mərasimi olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılışda Gənclər və İdman naziri Azad Rəhimov və nazir müavini İntiqam Babayev iştirak ediblər.
İyunun 12-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının qalib iştirakçıları ilə görüşüb, onlara gələcəyin liderləri olaraq bu məktəbi yüksək səviyyədə bitirməyi arzu edib.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə 2019-cu ildən keçirilən proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Nazir Azad Rəhimov bildirib ki, bu proqram gənclər üçün bir növ qeyri-formal təhsil platformasıdır: “Sizi 2-3 ay ərzində maraqlı görüşlər, təlimlər və vebinarlar gözləyir. Sanitar-epidemioloji vəziyyət normallaşdıqca ünsiyyətimizin canlı rejimə keçirilməsi nəzərdə tutulub. Hazırda davam etməkdə olan COVID-19 pandemiyası qarşımıza yeni vəzifə və çağırışlar qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti, ilk növbədə, əhalinin sağlamlığının qorunmasına yönəldilib. Qısa müddət ərzində atılmış addımlar - xüsusi fondun yaradılması, Bakıda və regionlarda karantin üçün yerlərin ayrılması, modul tipli xəstəxanaların tikilməsi, tibbi ləvazimatların istehsalının təmin edilməsi xüsusilə qeyd olunmalıdır”.
Qeyd edək ki, proqrama 40-dan artıq şəhər və rayondan 350-dən çox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənildikdən sonra ilkin seçim nəticəsində 171 gənclə onlayn formada müsahibə aparılıb. Ümumilikdə, 110 gənc iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komandada işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. İyun-sentyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxslərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Sentyabr-oktyabr aylarında iştirakçılar komandalarda layihə və təkliflər hazırlayacaqlar. Təkliflərin aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulur.
Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Naxçıvan Muxtar Respublikasına səfər planlaşdırılır. İştirakçıların hər birinə məzun diplomlarının təqdim edilməsi nəzərdə tutulub. Ötən il həyata keçirilmiş proqram çərçivəsində gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Müdafiə naziri Zakir Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev ilə görüşlər keçiriblər.
Proqram Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əsasında reallaşdırılır.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

