“Rəqəmsal jurnalistikaya doğru” proqramı reallaşdırılacaq
09.06.2020 [17:18]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holding”in sponsorluğu ilə “Rəqəmsal jurnalistikaya doğru” proqramı reallaşdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.
Bildirilib ki, “Rəqəmsal jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 4 gün – iyunun 17, 18, 19 və 20-də vebinar formatında baş tutacaq.
Proqramın ikinci mərhələsi vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarətdir. Proqramın bu hissəsində seçilmiş mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçiriləcək. Proqram iştirakçılarının mövzulara stimulunun artırılması məqsədilə ən yaxşı məqalələr seçilərək müəllifləri mükafatlandırılacaqlar. I yerin sahibi 1000 AZN, II yerin sahibi 700 AZN, III yerin sahibi isə 500 AZN pul mükafatı əldə edəcək.
Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətinə töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.
Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.
Bu linkdən proqram haqqında ətraflı məlumat ala və proqrama müraciət edə bilərsiniz: https://www.digital.gov.az/digitalazerbaijan/az/webinars/1/reqemsal-jurnalistikaya-dogru-proqrami
Qeydiyyat üçün son müraciət tarixi iyunun 14-dür.
Qeydiyyatdan uğurla keçən və münsiflər tərəfindən seçilmiş namizədlərin adları iyunun 16-da mərkəzin rəsmi internet ünvanında dərc olunacaq, həmçinin iştirakçılara e-mail vasitəsilə bildiriləcək.
Əlavə suallarınız üçün digicom@asan.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Elektron Hökumətin İnkişafı Mərkəzi “myGov”, “e-Gov” elektron hökumət portallarını, “ASAN Login, “ASAN Finans”, “ASAN ödəniş” sistemi, “ASAN viza”, eləcə də “e-Satınalma”,“e-agro”, “e-hərrac”, ADRA icazələr sistemi, tikintiyə icazə sistemi və digər elektron dövlət layihələrini idarə edir. Bundan başqa, mərkəz “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni də ərsəyə gətirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

