Göz sağlamlığımızı necə qorumalıyıq?
22.05.2020 [11:54]
Oftalmoloq Taryel Rüstəmov: Kompüter arxasında uzunmüddətli iş zamanı və ya televizora baxarkən ekranın işıqlanmasını minimuma endirmək, gözləri tez-tez qırpmaq, iş qurtarandan sonra yumub bir neçə dəqiqə istirahət vermək, təbii göz yaşı damcılarından istifadə etmək lazımdır
XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. Bu dövrdə informasiya texnologiyalarından intensiv istifadə olunması cəmiyyətdə sosial vərdişə, hətta həyat tərzinə çevrilib. Xüsusilə də, telefon, planşet, kompüterlər informasiya ehtiyacı və istehlakını təmin etmək üçün əsas texnoloji vasitələr kimi çıxış edirlər. Bu texnoloji cihazlar ünsiyyət vasitəsi olmaqla yanaşı, internetə operativ qoşulmağa, musiqi dinləməyə, film seyr etməyə, kitab oxumağa və s. imkan verir. Təbii ki, bütün bu üstünlüklərlə yanaşı, xüsusi diqqət yetirilməli olan bir sıra vacib məqamlar var. Bunların sırasında sağlamlıq məsələləri ayrıca yer tutur. Özəlliklə də, göz sağlamlığının qorunması bu kontekstdə mühüm əhəmiyyətə malikdir.
Televizor, kompüter və mobil telefondan istifadə zamanı hansı qaydalara əməl etməliyik?
Oftalmoloq Taryel Rüstəmov "Yeni Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, televizor, kompüter və mobil telefondan həddindən çox istifadə edilməsi gözlərdə yorğunluğa, quruluq kimi problemlərə səbəb olur: "Bunun qarşısını almaq üçün kompüter arxasında uzunmüddətli iş və ya televizora baxarkən ekranın işıqlanmasını minimuma endirmək, gözləri tez-tez qırpmaq, iş qurtarandan sonra yumub onlara bir neçə dəqiqə istirahət vermək, təbii göz yaşı damcılarından istifadə etmək lazımdır”.
Göz yorğunluğunu azaltmaq üçün...
Həkimin sözlərinə görə, xüsusilə də, lazer əməliyyatları ilə görmənin korreksiyası olunan şəxslər sadalanan problemlərlə daha çox qarşı-qarşıya qalırlar: “Göz yorğunluğunu azaltmaq üçün 20-30 dəqiqəlik aralarla uzaq məsafədə yerləşən obyektlərə baxılmalıdır. Bu məqsədlə internetdən göz məşqləri ilə bağlı materiallarla tanış ola bilərlər".
Uşaq və yeniyetmələrin kompüterdən istifadəsi müxtəlif zaman intervalında olmalıdır
Uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır. Zaman ötdükcə onlar internetdə daha çox vaxt keçirirlər. Araşdırma nəticəsində məlum olub ki, uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Mütəxəssislər qeyd edirlər ki, kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər, yanlış istifadə isə onlara fiziki və psixoloji cəhətdən zərər verə bilər. Statistikaya görə, 8 yaşlı uşaqlar arasında orta hesabla 10 nəfərdən 5-6-sı hər gün internetə daxil olur.
Kompüterin arxasında uzun müddət vaxt keçirməyin sağlamlığa zərərinin məlum olduğunu deyən oftalmoloq Taryel Rüstəmov bildirib ki, uşaq və yeniyetmələrin kompüterdən istifadəsi müxtəlif zaman intervalında olmalıdır: “Uşaqlar kompüterdən müəyyən biliklər əldə edirlər, amma onların kompüter qarşısında saatlarla, fasiləsiz əyləşməsi təhlükəlidir. Onların texnologiyaya aludə olması fiziki və psixoloji sağlamlıq baxımından müəyyən problemlərə səbəb ola bilər. Çox vaxt uşaqlar kirpiyini qırpmadan uzun müddət kompüterin arxasından qalxmırlar. Yaxın məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. Nəticədə gözlərin buynuz qişası quruyur, göz sağlamlığını itirir və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları internetdən asılı vəziyyətə salır".
Həkimin sözlərinə görə, bu məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq olar. Qaydalara davamlı riayət etdikdə isə sadalanan problemdən tam xilas olmaq mümkündür.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

