Qafqaz Müsəlmanları İdarəsində koronavirusla bağlı iclas keçirilib
06.03.2020 [09:39]
Martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) koronavirusla bağlı iclas keçirilib. İclasda İdarənin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri, dini konfessiyaların rəhbərləri iştirak ediblər. Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə hazırda dünyada yayılan koronavirusun Allahın növbəti imtahanı kimi dəyərləndirilməli olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq məsələ ilə bağlı xüsusi komissiya yaradılıb. Bu məsələ dövlətimizin başçısının diqqətindədir. Azərbaycan dövləti virusun ölkə ərazisində yayılmaması üçün bütün səyləri göstərir. Dini rəhbərlər də bu işdən kənarda qalmamalıdırlar. Dindarlarımız bu barədə həkimlərin tövsiyələrinə əməl etməlidirlər.
QMİ sədri bildirib ki, insanların toplaşdığı yerlərdə xəstəlik təhlükəsi olduğuna görə kütləvi dini mərasimlərin də imkan daxilində təxirə salınması məsləhətdir. Bəzi ölkələrdə ibadət yerləri, təhsil müəssisələri bağlı elan olunub. Məsələ ilə əlaqədar bütün təhsil müəssisələri Azərbaycanda da müəyyən müddətə bağlanıb. Lakin ibadət yerləri ilə bağlı dövlətimiz heç bir məcburiyyət tətbiq etməyib. QMİ sədri kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlarımıza tövsiyə edir. İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmalarını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qeyd edib ki, məsələ ilə bağlı görülən və görüləcək işlər mütəmadi şəkildə dövlət səviyyəsində müzakirə olunur. O qeyd edib ki, xəstəliklə bağlı insanlar arasında izahat işləri aparılmalıdır. Bəzən bu virusla bağlı yanlış fikirlər yayılır. Buna yol vermək olmaz. Xəstəliyə qarşı ən birinci addım təmizliyə riayət olunmasıdır.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alındığı şəxslərin müalicəsi ən yüksək səviyyədə davam edir. Respublikamızda 4500-dən artıq tibb müəssisəsi fəaliyyət göstərir. Bu gün Azərbaycanda elə tibbi texnologiyalar var ki, hətta dünyanın bəzi inkişaf etmiş ölkələrində də yoxdur. Azərbaycan Prezidenti bu sahəyə xüsusi diqqət yetirir.
Baş epidemioloq onu da qeyd edib ki, hər kəs dezinfeksiya qaydalarına əməl etməlidir. İnsanların kütləvi şəkildə yığışmaları məqsədəuyğun deyil. Müalicə üçün çağırılan həkimlər xüsusi geyimlərdə olurlar. Bundan heç də narahat olmaq lazım deyil.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin koronavirusla bağlı tövsiyələri oxunub.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, QMİ sədrinin birinci müavini Salman Musayev, Qazilər Şurasının üzvləri, idarənin səlahiyyətli nümayəndələri və müxtəlif məscidlərin imamları məsələ ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, xəstəliyin yayılmaması üçün Azərbaycan dövləti bütün lazımi işləri görür. Bu baxımdan QMİ-nin tövsiyələri əsas götürülməli, onlara əməl olunmalıdır. Bu, həm dini, həm də tibbi baxımdan önəmlidir.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50

