Milli Aviasiya Akademiyasında illik “Fevral məruzələri” başlayıb
04.02.2020 [10:11]
Fevralın 3-də Milli Aviasiya Akademiyasında (MMA) V Beynəlxalq elmi-praktik Gənclər konfransı-Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı - “Fevral məruzələri-2020” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə əkil qoyduqdan sonra MAA-da aviamodelizmlə bağlı sərgi ilə tanış olublar.
Konfransın açılışında prorektor Ədalət Səmədov akademiyanın rektoru, akademik Arif Paşayevin və MAA-nın aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyevin konfrans iştirakçılarına təbriklərini çatdırıb. O qeyd edib ki, konfransın proqramına universitetlər, elmi-tədqiqat institutu və təşkilatdan olan nümayəndələrin məruzələri daxildir. Artıq beşinci dəfədir keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bildirib ki, bu gün aviasiya və kosmik elm həyatımızın reallıqlarıdır. Kosmos dövlətinə çevrilmiş Azərbaycanın bu sahədə yüksəkixtisaslı kadrları məhz Milli Aviasiya Akademiyasında hazırlanır. Bu cür elmi-təhsil mərkəzləri qarşısında qoyulan bütün tələblərə cavab verən bu ali məktəb Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə akademik Arif Paşayevin təşəbbüsü ilə yaradılıb. Akademik Arif Paşayev və dünyaşöhrətli alim Roald Saqdeyev Azərbaycanda aerokosmik elmin inkişafı üçün böyük işlər görürlər. Nazir müavini MAA-da elm, təhsil və istehsalın bir-biri ilə çox uğurlu şəkildə əlaqələndirilməsini vurğulayaraq deyib ki, bu ali məktəbin alimlərinin tədqiqatları bir sıra elmi dairələrin diqqətini cəlb edir. F.Qurbanov akademiyanın rektoru Arif Paşayevə akademiyada təhsil prosesinə dünyaşöhrətli alimləri cəlb etdiyinə görə təşəkkürünü bildirib.
Sonra Rusiyanın Sankt-Peterburq şəhərindən TRİZ ustalar assosiyasının prezidenti Mixail Rubin və Almaniyada yaşayan professor Məsud Əfəndiyev videobağlantı vasitəsi ilə konfrans iştirakçılarına təbriklərini çatdırıblar. Qeyd ediblər ki, konfrans çərçivəsində gənclər arasında maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri onların elmi məlumatlarını artıracaq.
AMEA-nın Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov və Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxış edərək vurğulayıblar ki, Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazası yaradılıb. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq böyük uğurlar qazanılıb.
Üç gün davam edəcək konfrans çərçivəsində 8 bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan məruzələr dinləniləcək. Konfrans çərçivəsində, həmçinin təyyarəqayırma, mühəndis dizaynı sahəsində müasir informasiya texnologiyaları, elmi-tədqiqat işlərinə gənclərin cəlb edilməsinə müasir yanaşmalar, hava nəqliyyatında təhlükəsizlik sahələrində Rusiya və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə dəyirmi masalar keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

