Böyük Britaniya şirkəti Bakıda növbəti monitorinqini keçirib
28.01.2020 [09:37]
2019-cu ilin iyulundan paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili layihəsinin icrası həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində ötən müddət ərzində xeyli irəliləyiş əldə olunub. Vətəndaşlarla aparılan maarifləndirici tədbirlər öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədədlik konteyner meydançasında tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Konteynerlər sanitar-gigiyena tələblərinə uyğun olaraq mütəmadi yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində keçirilən görüşdə Bakıya növbəti dəfə ezam olunmuş “Mott MacDonald” şirkətinin nümayəndəsi - tullantı menecmenti məsləhətçisi Nik Uilson bildirib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması, əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi vacib məsələ olduğundan bu prosses hər 2-3 aydan bir müntəzəm olaraq aparılır. Şirkətin nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək, layihənin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildirib.
Layihənin həyata keçirildiyi Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov deyib ki, əgər ilk vaxtlarda gündəlik 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. İyul ayından bu günədək artıq 11 monitorinq keçirilib və hər dəfə müsbət irəliləyişlər qeydə alınıb. Bu ilin aprelindən etibarən Nizami, Yasamal və Nəsimi rayonlarının, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.
Vurğulanıb ki, ətraf mühitin çirklənmədən qorunması, bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Azərbaycan Prezidentinin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınmasına başlanılıb. Ötən ilin dekabrında Almaniya istehsalı olan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin ilkin olaraq 5 ədədi Bakıya gətirilib, bu ilin fevralında isə paytaxtımıza daha 27 nəqliyyat vasitəsi gətiriləcək.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə səbəb olacaqdır. Texnikanın sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

