151 illik söz salnaməsi: Azərbaycan milli mətbuatının Zəfər Salnaməsi
21.07.2026 [17:10]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
22 iyul Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət kəsb edən tarixdir. Məhz bu gün – 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bu il həmin tarixi hadisənin 151 illiyi qeyd olunur. Bir əsr yarımı əhatə edən bu yol yalnız mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin maariflənməsi, milli şüurun formalaşması, dövlətçilik ideyalarının möhkəmlənməsi və müasir milli kimliyin təşəkkülü tarixidir.
“Əkinçi” sadəcə qəzet deyildi. O, xalqı elmə, tərəqqiyə və milli oyanışa çağıran bir məktəb idi. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, maarif və azad fikir olmayan cəmiyyət inkişaf edə bilməz. Onun yaratdığı mətbuat ənənəsi sonralar “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat” kimi nəşrlərdə davam etdirildi və milli düşüncənin formalaşmasına güclü təsir göstərdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra media tamamilə yeni bir mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar çərçivəsində 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının inkişafı baxımından tarixi qərar oldu. Bu addım milli mətbuatın sərbəst fəaliyyətinə geniş imkanlar açdı və demokratik medianın inkişafına möhkəm zəmin yaratdı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. İnformasiya təhlükəsizliyi, media institutlarının gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması və rəqəmsal transformasiya dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə son illərdə media sahəsində aparılan islahatlar, qanunvericilik bazasının müasirləşdirilməsi və institusional dəyişikliklər Azərbaycan mediasının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam milli mətbuatın tarixi irsinə verilən yüksək qiymətin, jurnalist əməyinə göstərilən dövlət qayğısının və medianın gələcək inkişafına verilən strateji önəmin bariz ifadəsidir. Yubiley tədbirləri təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə hesablanmış inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Müasir dövrdə informasiya geosiyasi mübarizənin əsas vasitələrindən birinə çevrilib. Artıq dövlətlər yalnız iqtisadi və hərbi gücləri ilə deyil, informasiya məkanındakı mövqeləri ilə də qiymətləndirilirlər. Belə bir şəraitdə milli medianın üzərinə düşən məsuliyyət daha da artır. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli maraqların müdafiəsi, dezinformasiyaya qarşı çevik və peşəkar mübarizə jurnalistikanın əsas missiyalarındandır.
Bu həqiqət xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bir daha təsdiq olundu. Azərbaycan jurnalistləri cəbhədən operativ məlumatlar çatdırmaqla, beynəlxalq auditoriyaya obyektiv informasiya təqdim etməklə və düşmənin dezinformasiya kampaniyasını faktlarla ifşa etməklə informasiya cəbhəsində mühüm rol oynadılar. Qələbədən sonrakı dövrdə isə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış proqramının və Qarabağda yaranan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması media qarşısında duran mühüm vəzifələrdən biridir.
Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya istehsalı və yayımı prinsiplərini kökündən dəyişib. Süni intellekt, sosial media platformaları və yeni kommunikasiya vasitələri jurnalistikanın imkanlarını genişləndirsə də, eyni zamanda saxta xəbərlərin və manipulyativ informasiyanın yayılması riskini də artırıb. Buna görə də peşəkar jurnalistika bu gün hər zamankından daha çox məsuliyyət, dəqiqlik və obyektivlik tələb edir. Cəmiyyətin etimadı yalnız həqiqətə söykənən, yoxlanılmış və qərəzsiz informasiya ilə qazanılır.
Azərbaycan mediası bu gün artıq yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da fəal iştirak edir. Şuşada keçirilən Qlobal Media Forumları müxtəlif ölkələrdən jurnalistləri, ekspertləri və media rəhbərlərini bir araya gətirərək qlobal informasiya mühitində aktual çağırışların müzakirəsi üçün mühüm platformaya çevrilib. Bu forumlar Azərbaycanın beynəlxalq media dialoquna verdiyi töhfənin və açıq informasiya siyasətinin göstəricisidir.
151 ildir ki, Azərbaycan mətbuatı xalqın səsini, dövlətin maraqlarını və həqiqətin işığını yaşadır. Zaman dəyişir, texnologiyalar yenilənir, informasiya məkanı genişlənir, lakin milli mətbuatın əsas missiyası dəyişmir – cəmiyyətə doğru, dəqiq və məsuliyyətli informasiya çatdırmaq, milli dəyərləri qorumaq və dövlətçiliyə xidmət etmək.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, qələmi həqiqətin, sözü isə Vətənə xidmətin ifadəsi olan bütün jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

