Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hindistanda torpaq sürüşməsi: 20-yə yaxın ölən var

Hindistanda torpaq sürüşməsi: 20-yə yaxın ölən var

20.07.2026 [17:19]

Hindistanın şimalında leysan yağışlarının yaratdığı torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 19 nəfər həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, Cammu və Kəşmir bölgəsində 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb və axtarış-xilasetmə əməliyyatları davam edir. Poonç və Racuri dairələrində baş verən sel və torpaq sürüşmələri yaşayış məntəqələrinə ciddi ziyan vurub. Poonç şəhərində onlarla avtomobil sel sularına qərq olub.

Naqaland ştatında isə torpaq sürüşməsi nəticəsində, o cümlədən uşaqlar da daxil olmaqla, azı 8 nəfər ölüb. Dağıntılar altından dörd nəfərin meyiti çıxarılıb, axtarış işləri davam edir.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31