Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Suriya Vaşinqtonda İraq ilə Kərkük-Bəniyas neft kəmərinin bərpasına dair memorandum imzalayıb

Suriya Vaşinqtonda İraq ilə Kərkük-Bəniyas neft kəmərinin bərpasına dair memorandum imzalayıb

20.07.2026 [18:35]

Suriya ABŞ-də keçirilən görüşlər çərçivəsində Kərkük-Bəniyas xam neft boru kəmərinin bərpası və yenidən işə salınmasına dair İraq və beynəlxalq şirkətlər konsorsiumu ilə iki anlaşma memorandumu imzalayıb.

AZƏRTAC Suriyanın rəsmi SANA agentliyinə istinadla xəbər verir ki, sənədlər regionun ən vacib neft nəqliyyatı əlaqələrindən birini bərpa etmək və enerji sektorunda əməkdaşlığı gücləndirmək istiqamətində strateji addımdır. Memorandumları Suriya Neft Şirkətinin baş icraçı direktoru Yusif Qəbləvi, İraq tərəfini təmsil edən Bəsrə Neft Şirkətinin baş icraçı direktoru Bəsim Əbdül Kərim Nasir imzalayıblar.

Kərkük-Bəniyas boru kəmərinin bərpasını əhatə edən müqavilə İraq Baş nazirinin, ABŞ-nin enerji katibinin və bir neçə yüksək vəzifəli şəxsin iştirakı ilə imzalanıb. Bu addım infrastrukturun inkişafını dəstəkləmək, habelə Suriya ilə İraq arasında investisiya və iqtisadi inteqrasiya üçün yeni imkanlar açmaq məqsədi daşıyır.

Suriya, həmçinin “Chevron”, “UCC Holding” və “TI Capital” şirkətlərindən ibarət beynəlxalq konsorsiumla ikinci memorandum imzalayıb. Sənədə əsasən, konsorsium texniki və maliyyə tədqiqatlarının hazırlanmasına başlayacaq, layihə üçün icra çərçivəsi yaradacaq, o cümlədən boru kəmərinin və onunla əlaqəli obyektlərin ən yüksək texniki standartlara uyğun bərpasını təmin edəcək.

Tədqiqatlar beynəlxalq tərəfdaşlıqları və Suriyanın neft və qaz sektoruna yüksək dəyərli investisiyaları təşviq etməklə yanaşı, icra üçün yol açmaq məqsədi daşıyır.

Suriyanın energetika naziri Muhammed əl-Bəşir “X” platformasında bildirib ki, Kərkük-Bəniyas boru kəmərinin bərpası ilə bağlı İraqla bağlanan razılaşma regionun ən vacib neft nəqli marşrutlarından birinin yenidən qurulması istiqamətində strateji addımdır. O, layihənin Suriyanın regionun ehtiyatlarını Aralıq dənizi ilə birləşdirən regional enerji dəhlizi kimi mövqeyini gücləndirəcəyini bildirib.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31