Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib
16.01.2020 [17:27]
Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisəsinə ziyarət təşkil edib.
Belə ki, müxtəlif media qurumları və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib. Qonaqları qarşılayan müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ci ildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən "Azərsun Sənaye Parkı"na köçürüldüyünü bildirib. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin iştirak etdiyi istehsal müəssisəsi tam avtomatlaşdırılıb və müasir avadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir.
Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində "Azərsun Holdinq"in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyini bildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib. Rafinasiya sahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlər və kulinarlar buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış olublar və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verilib.
Daha sonra qonaqlar "Final", "Zeytun bağları" kimi istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan duru yağların istehsal edildiyi sahə ilə tanış olublar. Jurnalistlərə və kulinarlara "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyətə və texnoloji yeniliklərin tətbiqinə xüsusi həssaslıqla və tələbkarlıqla yanaşdığı bildirilib və bu sahədə də digərlərində olduğu kimi, müasir avadanlıqlardan istifadə edildiyi qeyd edilib. "Zeytun bağları" barədə məlumat verilərkən bu yağın Abşeron rayonu ərazisindən toplanılan zeytundan emal edildiyi vurğulanıb.
Ziyarət çərçivəsində son illərin ən sevilən markalarından olan kərə ətirli "Möcüzə" yağının da istehsal prosesi nümayiş etdirilib. Bakı Qida və Yağ Fabrikinin ziyarəti çərçivəsində qonaqlara "Bizim Süfrə" mayonezlərinin və ketçuplarının da istehsal prosesi nümayiş etdirilərək bu yerli markaların tərkibinə heç bir qatqı maddəsinin əlavə edilmədiyi bildirilib. Həmçinin burada istehsal olunan ketçupların təbii yerli pomidorlardan istehsal edildiyi qeyd olunub. Bundan əlavə, məhsullar azərbaycanlıların ağız dadına uyğunlaşdırılaraq istehsal edilir ki, bu səbəbdən istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Gəzinti çərçivəsində xama dadlı mayonezin istehsalı da qonaqların böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

