Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur
11.01.2020 [11:06]
Yanvarın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, paytaxt və regionlarda keçirilən görüşlər çərçivəsində sakinlərin qəbul edildiyini, onların qaldırdıqları məsələlərin həlli üzrə müvafiq dövlət qurumları ilə birgə işlər görüldüyünü, işgəncələrin qarşısının alınması və uşaq hüquqları sahəsində 24 saat fasiləsiz işləyən “qaynar xətt”lərə daxil olan müraciətlərlə bağlı operativ tədbirlər görüldüyünü, əldə edilən nəticələrin Müvəkkilin illik məruzələrində əks etdirildiyini bildirib.
Müvəkkil ölkə daxilində əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərlə yanaşı, ölkədən gedən Azərbaycan vətəndaşlarının hüquqlarının təmini və bərpası məsələlərinin daim diqqətdə saxlanıldığını, bu məqsədlə xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyası və onun subyektlərinin ombudsmanları, habelə müvafiq diplomatik nümayəndəliklər ilə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb, birgə görülmüş işlər nəticəsində əldə edilən müsbət təcrübə barədə danışıb. O, bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsi, daha yüksək nəticələrin əldə edilməsi məqsədilə yerli icmaların və QHT-lərin rolunun artırılmasının vacibliyini bildirib.
Ombudsman Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə ölkəmizin ərazisində hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən şəxslərin öz iradələri ilə tərk edə bilmədikləri yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, yerlərdə birgə görüş keçirilməsi və məsləhətləşmələr aparılması, deportasiya, yaxud ekstradisiya olunan şəxslərə ombudsmanların səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli fəaliyyət mexanizmi formalaşdırılıb. Bundan başqa, Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətindən sonra “ailə birləşməsi” beynəlxalq prinsip və qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq, həmin ölkədə yaşayan azərbaycanlılar barəsində ölkə hüdudlarından məcburi kənara çıxarılma və girişə məhdudiyyət qoyulması haqqında bir neçə qərara yenidən baxılıb, həmin şəxslərin xeyrinə müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfirliyi ilə davam etdirilən əməkdaşlıq çərçivəsində ölkəmizin ərazisində qeyri-müəyyən vəziyyətdə yaşayan, xüsusilə uşaq və ahıl yaşlı Rusiya vətəndaşlarının sənədləşmə və digər problemlərinin həllinə nail olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Mixail Boçarnikov görüşün səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Mixail Boçarnikov strateji tərəfdaşlıq xarakteri daşıyan və müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafının məmnunluq doğurduğunu ifadə edib. O, iki ölkənin prezidentləri, eyni zamanda, tanınmış şəxsləri arasında etimada əsaslanan dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

