İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3 filialı fəaliyyətə başlayıb
29.12.2019 [09:52]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 3 filial fəaliyyətə başlayıb. 2019-cu ilin dekabr ayından etibarən Mingəçevir, Gəncə və Quba filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər. Belə ki, Agentliyin Mingəçevir filialı Mingəçevir şəhərini, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarını, Quba filialı isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə edir. Filiallara rəhbərlik edəcək şəxslər də artıq təyin olunublar. Mingəçevir filialının rəhbəri vəzifəsini Yaşar Qocayev, Gəncə və Quba filiallarının rəhbərləri vəzifələrini isə müvafiq olaraq Azər Dəmirov və İsa Məmmədov icra edirlər.
Agentliyi bölgələrdə təmsil etməklə yanaşı, filiallar müvafiq qanunvericiliyə uyğun olaraq vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması, cavablandırılması işini təşkil edəcəklər.
Filiallar əhalinin sağlamlığının qorunması məqsədi ilə tədbirlər görəcəklər və icbari tibbi sığortanın təbliği istiqamətində maarifləndirmə işləri aparacaqlar. Həmçinin Agentliyə tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında dəstək olacaqlar. Habelə, filiallar tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər.
Qeyd edək ki, 2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin daha 8 filialının fəaliyyətə başlaması nəzərdə tutulub. Sözügedən filiallar Şamaxı, Göyçay, Şəki, Şirvan, Şəmkir, Ağcabədi, Cəlilabad və Lənkəranda fəaliyyət göstərəcəklər. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

