Bakıda “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” konfransı keçirilir
19.12.2019 [09:44]
Dekabrın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali təhsil müəssisəsi, Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Standartları İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” 1-ci beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev konfransın əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, konfransın məqsədi Azərbaycan və Türkiyə universitetlərinin təhsil, elm, texnologiya sahələrindəki aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və bu sahələrdə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən ibarətdir.
Müasir dövrdə elm və texnikanın inkişafından danışan rektor Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, Assosiasiyanın yaradılması qardaş ölkələrin universitetləri arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin ötən il imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Türkiyə universitetləri ilə geniş əlaqələrin yarandığını bildirib. O qeyd edib ki, məhz həmin proqrama uyğun olaraq, növbəti tədris ilindən Azərbaycan vətəndaşları ikili diplom proqramları əsasında təhsil alacaqlar. Hazırda dünyanın 500 ən yaxşı universitetində Azərbaycan vətəndaşlarının dövlət hesabına doktorantura təhsili aldıqlarını diqqətə çatdıran şöbə müdiri bunun gələcəkdə dünya ali məktəblərinin təcrübəsinin ölkəmizdə tətbiq olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, AzTU-nun rektorunun Azərbaycan-Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təşəbbüsünü müsbət qiymətləndirib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini söyləyib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Azərbaycan-Türkiyə universitetlərinin birliyinin iki ölkənin təhsil və elminə böyük töhfələr verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən türkiyəli qonaqlar konfransın əhəmiyyətindən danışıb və iki ölkənin universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
İşini bölmə iclasları ilə davam etdirən konfrans dekabrın 20-də yekunlaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

