Bakı Atatürk Liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 [14:10]
Ulu Öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin hər iki binasında anım tədbirləri keçirilib. Liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirlərdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirləri giriş sözü ilə açan liseyin müdiri Eylem Gültəkin müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider olduğunu bildirib: "Müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı xaos və vətəndaş müharibəsindən xilas etdi. Ulu Öndər Heydər Əliyev Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk kimi milli, demokratik və dünyəvi bir dövlətin təməllərini atdı".
Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edən liseyin müdiri Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın gündən-günə gücləndiyini, beynəlxalq aləmdə müstəqil və sarsılmaz mövqeyə sahib olduğunu vurğulayıb. O, çıxışında Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan da bəhs edib.
Sonra çıxış edən liseyin müəllimi Sabir Əsədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyət, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarlar barədə danışıb. Sabir Əsədov Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdığını deyib.
Anım tədbirlərində Ulu Öndərin fəaliyyəti haqqında videoçarx nümayiş olunub, həmçinin liseyin şagirdlərinin ifasında Ümummilli Liderə həsr edilmiş mahnılar və şeirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

