/ / Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
11.12.2019 [10:12]
Dekabrın 10-da Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev konfransı giriş sözü açaraq ekstremizmin təhlükələri barədə danışıb. Dini, zorakı ekstremizmə qarşı mübarizədə maarifləndirmə, təhsil, savadlanma, profilaktik tədbirlərin olduqca vacib olduğunu qeyd edən V.Gjorgjiev təmsil etdiyi qurumun bu istiqamətdə bir çox layihələr reallaşdırdığını deyib. O, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin ana xəttini multikulturalizmin təşkil etdiyini və bunun çox uğurlu siyasət olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı həyata keçirilən dövlət səviyyəli tədbirlər barədə məlumat verib. Bildirib ki, ekstremizmlə mübarizə bəşəriyyətin qarşısında duran həlli vacib olan məsələlərdən biridir. Dünyada ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur. Dünyanın bir çox yerlərində münaqişə ocaqları var və orada ölən insanların sayı hər il artır.
Komitə sədri vurğulayıb ki, ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görülüb. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu din amilindən sui-istifadə edərək ekstremist qrupların yaranmasının qarşısının alınmasında mühüm rola malikdir. Bütün profilaktik tədbirlər ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırmasına qarşı yönəlib.
Ölkəmizdəki dinlərarası harmoniya haqqında da danışan Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb, dini konfessiyalar harmoniya içərisində yaşayır. Konstitusiyamızda, qanunlarımızda hər hansı bir dinin üstün mövqedə olması öz əksini tapmayıb. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Respublikamızda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir, 35 qeyri-islam dini icması dövlət qeydiyyatına alınıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ekstremizm sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səy göstərilməsi vacibdir. Q.İshaqzai vurğulayıb ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir. BMT rəsmisi Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.
O qeyd edib ki, BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir. Q.İshaqzai, həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır.
Daha sonra İdarəçilik və iqtisadi dayanıqlılıq ofisinin direktoru, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyası Aylin Loules zorakı ekstremizmin təşəkkül tapmasında təsiredici amillər, onun mümkün təsirinin qarşısının alınması üçün görülən işlər, birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyi haqqında danışıb.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında olduqca vacib problemin həlli yollarının müzakirə edildiyi tədbirin əhəmiyyətini vurğulayıb. Mövzunun aktuallığına toxunan Elman Nəsirov bildirib ki, beynəlxalq hüquqla güc arasında balans pozulub. Bu reallıq fonunda radikallar, ekstremistlər, terrorçular özlərini çox rahat hiss edirlər. Qeyd edib ki, bu ünsürlər eyni zəncirin hissələridir, onların hədəfində gənclər dayanır. Azərbaycanın hüquqi müstəvidə bu problemə qarşı mübarizədə ən böyük töhfəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi multikulturalizm və tolerantlıq siyasətidir. Biz bütün dünyaya birgəyaşayış modelini və müxtəlif dinlərin harmonik yaşayış tərzini ixrac edirik. O vurğulayıb ki, bu, təkcə dövlət siyasəti yox, həm də ictimai sifarişdir və gələcəyimizin təminatçısıdır.
DQİDK sədrinin müavini Səyavuş Heydərov isə çıxışında diqqətə çatdırıb ki, internet dövründə bu problem getdikcə daha da genişlənir. Bildirib ki, bu problemə nəzəri yanaşmaqla yanaşı, onun aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Azərbaycan bu istiqamətdə öz şərəfli missiyasını uğurla davam etdirir. Heç bir din insanları qarşıdurmaya, toqquşmaya çağırmır. Onun sözlərinə görə, dini radikalizmin, ekstremizmin dinlə əlaqələndirilməsi düzgün deyil. Din libasına bürünmüş cinayətkar ünsürlər dindən öz maraqlarına uyğun istifadə edirlər.
Daha sonra konfrans işini “Zorakı ekstremizm və radikallaşmanı anlamaq: nəzəri yanaşmalar və elmi tədqiqat”, “Birgə qabaqlayıcı addımlar: Tərəfdaşlıq vasitəsilə yerli dayanıqlığın gücləndirilməsi” adlı bölmə iclasları ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

