Bakıda “Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
06.12.2019 [09:49]
Dekabrın 5-də Bakıda “Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə reallaşıb.
“Qurani-Kərim”in tilavəti ilə başlayan konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Prezident İlham Əliyevin milli mədəniyyətimizə, xalqımızın tarixi dəyərlərinə göstərdiyi böyük diqqətin təzahürüdür. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət etdi. Bununla da Nəsimiyə və onun yaradıcılığına baxış dəyişdi. Nəsimi haqqında çoxlu əsərlər yazılıb. Lakin onun yaradıcılığının tədqiqi istiqamətində hələ də böyük işlər görülməlidir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar dahi şair İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, keçmiş Sovetlər İttifaqı dövründə Nəsiminin ateist kimi təqdim olunması tamamilə yanlış idi. Böyük şair öz əsərlərində dəfələrlə müsəlman olması ilə qürur duyduğunu dilə gətirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi təkcə Nəsiminin deyil, eyni zamanda, digər böyük mütəfəkkirlərimizin də yaradıcılığının araşdırılması baxımından əhəmiyyətlidir. Bu gün biz tariximizə qayıdırıq. Bu, böyük bir qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının Nəsiminin yaradıcılığına yenidən baxılması istiqamətində böyük əhəmiyyət daşıdığını bildirib. V.Əliyev deyib ki, Nəsimi öz düşüncəsinə, əqidəsinə sadiq mütəfəkkir olub. Nəsimi gənclərimiz üçün böyük örnəkdir. Ulu Öndər Heydər Əliyev də böyük şairin yaradıcılığının araşdırılmasına xüsusi diqqət yetirirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, “Nəsiminin şeirləri nə deyir?” kitabının müəllifi Vüsal Hətəmov, Tehran Ali məktəblərinin türk və fars dilləri üzrə müəllimi Hüseyn Məhəmmədzadə Sədiğ, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən dönməyib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27

