Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib

Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib

05.12.2019 [09:31]

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 119 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz çoxdur. Keçən il dekabrın 4-dək 221 min 284 ton pambıq tədarük olunmuşdu.
Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31