Latviya hakimlərinin konqresində CEPEJ-in prezidenti Ramin Qurbanov da iştirak edib
05.11.2019 [09:29]
Latviyanın Siqulda şəhərində bu ölkə hakimlərinin konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Latviya Prezidenti Eqils Levitsin də qatıldığı konqresdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbəri Ramin Qurbanov iştirak edib.
Latviya dövlətinin başçısı Eqils Levits konqresdə açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb və hakimlərə tövsiyələrini verib.
CEPEJ tərəfindən Latviyanın məhkəmə sisteminin təkmilləşdirilməsi, bu sahədə elektron xidmətlərin yaradılması, vətəndaşların məhkəmələrə inamının artırılması, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi üçün məhkəmələrin daha əlçatan və şəffaf olması, mediasiya və hüquqi yardım sahələrində islahatların aparılması istiqamətində 2017-2019-cu illərdə beynəlxalq ekspertlərin cəlb olunması ilə Avropa standartlarına cavab verən geniş islahatlar aparılıb. Həmin islahatların müsbət nəticələri nəzərə alınaraq, CEPEJ-in rəhbəri Ramin Qurbanov Latviya Prezidenti tərəfindən qəbul olunub və görülmüş işlərə görə minnətdarlıq ifadə edilib.
Latviyanın bütün hakimlərinin iştirakı ilə hər il təntənəli şəkildə keçirilən hakimlərin builki yiğincağında, həmçinin Latviya Baş Nazirinin müavini, Ədliyyə naziri Janis Bordans, CEPEJ-in prezidenti Ramin Qurbanov və Latviya Ali Məhkəməsinin, habelə Məhkəmə Şurasının sədri İvars Biçkoviçs çıxış ediblər.
Çıxışlardan sonra ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti, hakim fəaliyyətinin qiymətləndirilməsi və intizam məsuliyyəti, onların təlimi və deontologiyası, vətəndaşların və sahibkarların ədliyyəyə əlçatımlığı məsələləri müzakirə olunub, habelə Latviya Məhkəmə Şurasına yeni üzvlərin seçkisi keçirilib.
Səfər çərçivəsində CEPEJ-in prezidenti Ramin Qurbanov Latviya Ali Məhkəməsi və Məhkəmə Şurasının sədri, habelə Ədliyyə naziri ilə 2020-2021-ci illərdə birgə reallaşdırılacaq yeni layihənin müzakirəsi üçün ikitərəfli görüşlər keçirib. Yeni layihənin başlanmasına dair Latviya ictimaiyyətini məlumatlandırmaq məqsədilə geniş mətbuat konfransı da təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

