/ / Milli Məclisdə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüş olub
Milli Məclisdə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüş olub
04.10.2019 [09:31]
Oktyabrın 3-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, Aqrar siyasət komitəsinin gördüyü işlər, aqrar sahədə qəbul edilmiş qanunlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Hazırda komitədə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üzərində iş aparılır. Ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalı qadağan edilib. Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir.
Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşır və hər il kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun bariz nümunəsidir. Kənd təsərrüfatının inkişafı məqsədilə onun müxtəlif sahələrinə dövlət tərəfindən subsidiyalar ayrılır. Sumqayıtda tikilmiş karbamid zavodunun istehsal etdiyi gübrə nəinki ölkəmizi təmin edir, həm də xarici ölkələrə satılır. Hazırda kənd təsərrüfatı vergilərdən azaddır. Yalnız cüzi olaraq torpaq vergisi alınır. Bu da ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının ilbəil artmasına səbəb olur.
Hilal Elver bildirib ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır. Azərbaycan zəngin təbii ehtiyatlarına arxalanaraq öz vətəndaşlarını təmin etmək resurslarına malik ölkədir. Qonaq Azərbaycanda gənclərin kənd təsərrüfatı ilə məşğul olmağa həvəsləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirib.
Söhbət zamanı tərəfləri maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşdə Milli Məclisin deputatları Tahir Süleymanov, Mahir Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Elçin Quliyev və Eldəniz Səlimov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

